Alternative content

04:21 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
ANA SƏHİFƏ / DÜNYA
15:52 20.08.2019

Yeni dərs ilinin başlamasına az qalsa da, erməni alimlər tarix dərsliklərində son 10 ildə bu ölkədə baş verənləri yazmaqda aciz qalıblar. Əsas problem siyasi hadisələrin hansı mövqedən şərh olunmasıdır.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistanın Təhsil, Elm və İdman nazirinin müavini Lusina Arakelyan orta məktəblər üçün tarix dərsliklərində məzmunun dəyişdirilməyəcəyini bəyan edib. Bunun əksinə olaraq, nazir Araik Arutyunyan bildirib ki, ən yeni tarixin müəyyən hadisələrinin traktovkası yenidən veriləcək. Bu ziddiyyətlərin fonunda Ermənistanda 1991-ci ildən bəri baş verən hadisələrin tarix kitablarında yazılması məsələsi düyünə düşüb. Ən mübahisəli mövzulardan biri 2008-ci ildə seçkilərdən sonra baş vermiş proseslərin şərhidir. Problemi həll etmək üçün 6 alimdən ibarət komissiya yaradılıb. Onların işləyib hazırladığı kitabın son variantı Milli Təhsil İnstitutuna göndərilib, amma 2013-2018-ci illərə aid hadisələrin şərhini təsdiq etmək mümkün olmayıb. Bunu görən erməni alimlər qərara gəliblər ki, dünya təcrübəsinə müraciət etsinlər: inkişaf etmiş ölkələrdə son 15-20 ilin hadisələri məktəb proqramına daxil edilibmi?

Ermənistan Tarix İnstitutunun direktoru Aşot Melkunyan son illərdə ölkədə cərəyan edən hadisələrə neytral qiymət verildiyini bildirib, lakin hakimiyyət heç də bu fikirdə deyil. O əlavə edib ki, Koçaryanın prezidentliyi dövründə baş vermiş siyasi qalmaqallara siyasi hakimiyyət və məhkəmələr qiymət verməlidir. Onun sözlərinə görə, bu, tarixçi alimlərin işi deyil.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM