20 Avqust 2019 12:32
569
DÜNYA
A- A+

İndoneziyada kütləvi iğtişaşlar zamanı 258 dustaq türmədən qaçıb


İndoneziyanın Qərbi Papua əyalətində törədilən kütləvi iğtişaşlar zamanı 258 dustaq türmədən qaçıb.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 20-də İndoneziyanın Cəzaçəkmə Müəssisələri İdarəsinin mətbuat xidmətinin rəhbəri Ade Kusmanto məlumat verib. "Bir sıra dövlət müəssisələrində törədilən yanğınlardan sonra etirazçılar türməyə yönələrək buranı daşa basıblar. Nəticədə dustaqların bir qismi türmədən qaçıb”, - deyə A.Kusmanto bildirib. Qeyd edilir ki, türmədən qaçanların bir qismi yenidən həbs olunub. Türməyə hücum zamanı mühafizə xidmətinin əməkdaşlarından biri yaralanıb.

Xatırladaq ki, avqustun 19-da Qərbi Papua əyalətinin paytaxtı Manokvari şəhərində etirazçılar nəqliyyatın hərəkətini dayandırıblar. Bir neçə bina, avtomobil və motosikl yandırılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin təhqiqatı ilə məşğuldur. Etirazlara səbəb kimi isə Surabaya şəhərində təhsil alan papuasların yataqxanasına irqi ayrı-seçkilik zəminində yerli fəallar tərəfindən təşkil edilən hücum göstərilir.

Qeyd edək ki, 2018-ci ilin noyabrında İndoneziya polisi bütün ölkədə Papua və Qərbi Papua əyalətlərinin İndoneziyadan ayrılmasına çalışan 500 nəfəri həbs edib. Həmin şəxslər dekabrın 1-də regionun müstəqilliyi ilə bağlı nümayişlərə başlamağı planlaşdırırdılar. 1961-ci ilin həmin günündə Hollandiyanın müstəmləkəsindən xilas olan Papua özünün müstəqilliyini elan edib. Sonradan İndoneziya həmin ərazini öz tabeliyinə keçirib. 2003-cü ildə Papua əyaləti İndoneziyanın tərkibində muxtariyyət hüququ qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video