Alternative content

19:21 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstehsal artır, güzəran yaxşılaşır
İstehsal artır, güzəran yaxşılaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 20.08.2019


Kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi bu gün dövlətin strateji hədəflərindəndir. Həyata keçirilən fundamental islahatlar, kənd təsərrüfatına hərtərəfli dövlət dəstəyi nəticəsində sözügedən sektorda əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Kənd təsərrüfatı məhsullarının istehsalı artmış, tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmiş, ixrac potensialı genişlənmişdir. Prezidentin sosial-iqtisadi məsələlərlə bağlı keçirdiyi müşavirədə dediyi kimi, kənd təsərrüfatında rekod göstərici əldə edilmiş, 6 ayda məhsul istehsalı 13 faiz artmışdır. Bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar və kənd təsərrüfatına elmi yanaşma nəticəsiz qalmır.

Ağstafanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də uğurlu göstəricilərə nail olunmuşdur. Torpaq sahiblərinin gərgin əməyi nəticəsində istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz artmışdır. Rayon üzrə 10288 hektardan məhsuldarlıq 35,1 sentner olmaqla 36059 ton taxıl biçilmişdir. Bundan əlavə, cari il rayonda 5050,5 kiloqram barama istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1298 kiloqram və ya 34,6 faiz çoxdur. Cari mövsümdə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin yazlıq əkini də uğurla aparılmış, 8211 hektar sahədə kartof, tərəvəz və texniki bitkilər əkilmişdir.

Ağstafa suvarma suyu ilə təminatda çətinlik çəkən rayonlardandır. Odur ki, əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin edilməsinə ciddi nəzarət olunur. Ağstafaçay Hidroqovşaq İstismar İdarəsi tərəfindən bu ilin 6 ayı ərzində 13 qurğu, 6 hidropost və 14 kilometr beton kanallar cari, 3 selötürən, 4 suayrıcı qurğular, 3 dükker əsaslı şəkildə təmir edilmişdir. Ağstafa Suvarma Sistemləri İdarəsi də yaz-tarla işlərinə ciddi şəkildə hazırlıq işləri görmüş, nəticədə 44869 hektar əkin sahəsi vaxtında suvarılmışdır.

Əkin sahələrinin suvarılmasında subartezian quyularından da səmərəli istifadə olunur. Bu işdə Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin Ağstafa istismar sahəsi bütün imkanlardan istifadə edir. Eyni zamanda rayonda su sarıdan çətinlik çəkən bir neçə kənddə subartezian quyusu qazılır.

Rayonun içməli su probleminin həlli istiqamətində də xeyli iş görülmüşdür. "Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin sərəncamı ilə ayrılan 4,6 milyon manat vəsait hesabına bu istiqamətdə başlanan işlərin bir hissəsi başa çatdırılmışdır. Vurğun qəsəbəsində su anbarının ərazisində sutəmizləyici qurğunun tikintisi, eləcə də Köçvəlili və Yenigün kəndlərinin içməli su təchizatında isə işlər yekunlaşmışdır.

Rayonun kənd və qəsəbələrində əhalinin rahatlığını təmin etmək üçün də bir sıra abadlıq işləri görülmüşdür. Cari ilin 6 ayı ərzində kənd nümayəndəlikləri tərəfindən 19,5 kilometr suvarma arxları təmizlənmiş, 15,9 kilometr yola çınqıl döşənmiş, 49 elektrik dayağı yenisi ilə əvəz olunmuş, 5 su keçidi salınmış, 4 elektrik transformatoru təmir olunmuş, 1,5 kilometr uzunluğunda içməli su xətti təmir edilmiş, Eynallı kənd stadionunda idman qurğuları quraşdırılmış, Tatlı kəndinin elektrik təsərrüfatı yenidən qurulmuşdur.

Kəndlərin rabitə sistemində də çoxsaylı yeniliklər edilmişdir. Pirili kəndi üçün 128 nömrə tutumu olan elektron ATS istifadəyə verilmiş, telefon və internet çəkilişi üçün xətt şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Sadıqlı kəndində elektron ATS-in tutumu artırılmış, Dağ Kəsəmən, Köçəsgər və Vurğun kəndlərində olan elektron ATS-lərdə 128 nömrə tutumlu internet avadanlığı quraşdırılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağstafa rayonu üzrə 5 yeni məktəb binasının tikintisi, 4 məktəbin isə əsaslı təmiri nəzərdə tutulmuşdur. Proqramda nəzərdə tutulan 264 şagirdlik Böyük Kəsik kənd orta məktəbinin yeni binasında artıq son tamamlama işləri görülür. Eyni zamanda Muğanlı kənd orta məktəbində təmir işlərinə başlanılmış, Yaradullu kənd məktəbi üçün yeni modul tipli məktəbin quraşdırılması üçün yer ayrılmışdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM