20 Avqust 2019 00:58
620
İQTİSADİYYAT
A- A+

Qusarın kənd yolları yenidən qurulur


İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Qusarda kənd yollarının yenidən qurulmasına diqqət artıb. Əvvəllər kəndli məhsulunu bazara cıxarmaq istəyəndə, ümumiyyətlə, şəhərə gediş-gəlişdə yol problemi yaşayırdı. Bəzən kənd təsərrüfatı məhsulları ilə yüklənmiş maşınlar yolsuzluqdan mənzil başına çata da bilmirdilər. İndi isə vəziyyət sürətlə dəyişir.

Hazırda 8 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu tikilir. Dövlət başçısının imzaladığı sərəncamla bu yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Layihəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 nömrəli Yol İstismarı MMC-i icra edir. Kollektiv Qusar-Həzrə-Sudur yolunun girişi olan Cibir və Mucuq kəndləri istiqamətində 3,8 və 5,8 kilometrlik hissədə təmir və yenidənqurma işlərini başa çatdııb. Hər iki istiqamətdə yolun torpaq yatağı genişləndirilərək 12 metrə çatdırılıb. Yola ikiqat çınqıl döşənərək hamarlama və kipləşdirmə işlərindən sonra asfalt-beton döşənib. Həm Cibir, həm də Mucuq istiqamətində gərəkli yerlərdə suötürücü borular qoyulub. Eyni zamanda yolboyu qurumuş ağaclar təmizlənir, yerinə yeniləri əkilir. İdarənin istehsalat mühəndisi Şixkamal Daşdəmirov deyir ki, yolda yenidənqurma və təmir işləri nişanların, avadanlıqların, siqnal dirəklərinin quraşdırılmasından sonra başa çatacaq.

Yolun üstündə yaşayan əhalinin rahatlığını təmin edəcək magistralda işin sürətinə və keyfiyyətinə gündəlik nəzarət edilir. Kollektivin bütün üzvləri - mexanizatorlardan Əli Əliyev, Dövlət Bədəlov, Səbri Hacağayev, Qaraxan Yunisov, sürücülərdən Rizvan Abdullayev, Sərxan İsgəndərov, Alik Hacıyev, baş mühəndis Sabit Rəhimov və iş icraçısı Pərviz Əhmədov əllərindən gələnləri edirlər ki, yolun çəkilişini vaxtında və keyfiyyətlə yekunlaşdırsınlar.

Hazırda Qusar-Həzrə-Sudur avtomobil yolunun 30-39 kilometrlərində - Uqur və Böyük Muruq kəndləri ərazisində yolun profilə gətirilməsi, genişləndirilməsi, torpaq yatağının qaldırılması, kəsilməsi işləri görülür.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video