Bərdənin 9 kəndində suvarma sistemi bərpa edilib
Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən "Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası” layihəsi başa çatıb.
Bu münasibətlə Bərdə rayonunun Qaradəmirçi kəndində keçirilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Mərasimdə çıxış edən səfir Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Əminliklə bildirib ki, layihə rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfə verəcək.
Məlumat verilib ki, "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” insan təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan üçün vacib olan təhsil, səhiyyə, yaşayış mühiti kimi sahələri prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini həyata keçirir. Proqram 2018-ci ilə qədər 141 ölkə və 1 bölgəni əhatə edib. Azərbaycan müstəqilliyini bərpa edəndən indiyə kimi Yaponiya hökuməti tərəfindən olunan yardımların ümumi dəyəri 1,1 milyard ABŞ dollarını ötüb.
Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası layihəsinin ümumi məbləği 82 min 719 ABŞ dollarıdır. Layihə Bərdə rayonunda "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən sayca 11-cidir. Bu vaxta qədər Azərbaycanda ümumi dəyəri 20 milyon ABŞ dolları olan 248 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Diqqətə çatdırılıb ki, yeni layihənin məqsədi Bərdənin 9 kəndində suvarma sistemini bərpa etməklə, kənd təsərrüfatının inkişafına töhfə verməkdir. Layihənin icrası nəticəsində rayonun 9 kəndində 329 ailəyə məxsus 453 hektar pay və həyətyanı torpaqların suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!