19 Avqust 2019 19:08
774
Mədəniyyət
A- A+

İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək

Azərbaycan kinorejissoru Adil Azayın "Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək "Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək.

AZƏRTAC başqırd KİV-nə istinadla xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub.

Bu il festivalın jüri heyətinə teatr və kino aktyoru, RSFSR-in Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Sergey Şakurov başçılıq edəcək. Dəvət olunmuş qonaqların arasında isə Polşa kinorejissoru, ssenarist və prodüser, bir çox beynəlxalq kinofestivalların laureatı, Venesiya kinofestivalının "Qızıl şir” mükafatının sahibi Kşiştof Zanussi, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçev, M.Qorki adına Uşaq və Gənclər Kinostudiyasının baş redaktoru Andrey Apostolov, "Tatarkino”nun direktoru Milyauşa Aytuqanova və digərləri var.

"Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalının müsabiqə proqramında Avstraliya, Azərbaycan, Hindistan, Çin, Myanma, İndoneziya, İran, Fransa, Qazaxıstan, Qırğızıstan, Litva, Nepal, Moldova, Ruanda və digər ölkələrdə lentə alınmış ekran əsərləri təqdim olunacaq.

Festivalın təsisçiləri Başqırdıstan hökuməti, bu respublikanın Mədəniyyət Nazirliyi, Əmir Əbdrazakov adına "Başkortostan” kinostudiyasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video