Alternative content

20:01 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsgəndəriyyə mayakı
İsgəndəriyyə mayakı
ANA SƏHİFƏ / Mədəniyyət
00:40 18.08.2019


Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən İsgəndəriyyə Şimali Afrikada Qahirədən sonra ikinci ən böyük şəhər sayılır. Arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq insanların bu ərazidə miladdan əvvəl 2700-2200-cü illər arasında məskunlaşdıqları bildirilir.

İsgəndəriyyə şəhərinin təməli isə miladdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyuldu. Amma ona bu şəhəri görmək nəsib olmadı. Dünyaya hökmranlıq etmək istəyən Makedoniyalı İsgəndərin ömrü başa çatdı. Bu şəhərdəki mavzoleydə dəfn edildi.


Misir hökmdarlığının paytaxtı...


Makedoniyalı İsgəndərin sərkərdəsi və silahdaşı olmuş Ptolomey Soter hakimiyyəti ələ keçirdi. Misirin yeni hökmdarı dərhal İsgəndəriyyəni öz iqamətgahı elan etdi. Həmin ərəfədə İsgəndəriyyə bütün yunan məmləkətində ən məşhur şəhərə çevrilmişdi.

I Ptolomeylə bir sülalə hökmranlığının əsası qoyuldu. Həmin hakimiyyətin son nümayəndəsi miladdan əvvəl 31-ci ildə vəfat edən Kleopatra oldu. 300 il müddətində dövləti maarifçi despot kimi idarə edən Ptolomeylərin dövründə elm və incəsənətin inkişafına böyük vəsait xərcləndi...

Hökmdar I Ptolomey eramızdan əvvəl 290-cı illərdə zülmət gecələrdə, əlverişsiz havalarda şəhər limanına yaxınlaşan gəmilərə yol göstərmək üçün nəhəng mayak tikməyi əmr etdi. Fırtınalı sularda, təhlükəli sahillərdə gəmiçiləri istiqamətləndirmək məqsədilə Misirin İsgəndəriyyə şəhərinin önündə, Nil çayının mənsəbindəki Faros adasında tikilinin bünövrəsi qoyuldu. Mayakın tikintisinə məşhur yunan memarı Knidli Sostrat rəhbərlik etdi.


Dünyanın ən hündür mayakının "sirləri”


I Ptolomey Soter zamanında başlanan inşaat işləri onun ölümündən sonra, oğlunun hökmdarlığı dövründə başa çatdı. Tikinti təxminən 5 il davam etdi. Bu, Qədim Yunanıstanın ən böyük mayakı idi. Müxtəlif mənbələrdə üçyaruslu qüllənin hündürlüyünün 120 metrə çatdığı bildirilir. Bu göstəriciyə əsaslanaraq, İsgəndəriyyə mayakının əsrlər boyu dünyada ən hündür tikili olduğu qeyd edilir.

Gündüzlər belə günəş işığını dənizə əks etdirmək məqsədilə hazırlanmış cilalı bürünc aynaları mayaka qeyri-adilik gətirir, sirli göstərirdi. Gecələri isə qüllənin zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırdı. Atəşlər aynaların qarşısında yandırıldığından əks etdirdiyi işıq gecə təxminən 50 kilometr məsafədən görünürdü.

Farosdakı mayak 1500 ildən artıq müddətdə gəmilərə yol göstərdi. Miladdan əvvəl 30-cu ildə İsgəndəriyyə şəhəri Roma imperiyası uğrunda vuruşan Oktavian tərəfindən işğal olundu. İsgəndəriyyənin şöhrəti Roma dövründə də bitmədi. Bütün imperiyada Romadan sonra ikinci böyük şəhər kimi əhəmiyyətli yer tutdu. Burada antik dövr üçün əhali sıxlığı mövcud idi. Belə ki, şəhərdə təxminən 500000-ə qədər əhali məskunlaşmışdı.


Zamanın qovğaları, təbiətin şıltaqlıqları...


Roma imperatorluğunun dağılması ilə dəniz ticarəti də zəiflədi. Nəticədə mayaklar uzun müddət istifadəsiz qaldı. İsgəndəriyyə mayakından da Roma imperiyasının süqutundan sonra istifadə edilmədi. Müxtəlif dövrlərdə baş vermiş zəlzələlərdən, fırtınalardan, əldən-ələ keçən hökmranlıqlardan İsgəndəriyyə mayakının da başı çox bəlalar çəkdi.

Ərəblərin işğalından sonra, VII əsrdə isə abidə "gündüz mayakı”na çevrildi. Tikiliyə 955-ci ildə baş verən zəlzələ və fırtınada çox ciddi zərər dəydi. Gövdəsi isə 1302-ci ildə başqa bir zəlzələdə çökdü.

İsgəndəriyyə mayakını 1326-cı ildə olan güclü zəlzələ yerlə yeksan etdi. Dəniz limanı XIII əsrdə Məmlüklər dövründə qumla örtüldü. XIV əsrin əvvəlindəki zəlzələdən sonra mayak tamamilə dağıldı. Dünyanın ən böyük memarlıq əsərlərindən biri - İsgəndəriyyə mayakı xarabalığa çevrildi. Qalıqlarından istifadə edilərək yerində orta əsr qalası tikildi.

İsgəndəriyyə mayakının qalıqları 1944-cü ildə arxeoloqlar tərəfindən aşkarlandı. Sonralar tikilinin surəti kompüter modelləşdirməsi vasitəsilə qismən bərpa olundu.


İsgəndəriyyə limanının rəmzi


Doğrudur, İsgəndəriyyə şəhərinə yalnız bu möhtəşəm tikili dünya şöhrəti gətirmədi. İsgəndəriyyə antik dövrdən etibarən mədəniyyət mərkəzi sayıldı. Burada 700000 yazı vərəqləri saxlanılan kitabxana vardı. İsgəndəriyyə məktəbində dünya miqyaslı filosoflar, alimlər Heron, Pifaqor, Evklid və başqaları çalışdılar.

Ancaq bu mayakın sayəsində İsgəndəriyyə antik dünyanın yeddi möcüzəsindən birinin yerləşdiyi məkana çevrildi. Yüzillər boyu mayak İsgəndəriyyə limanının rəmzi hesab olundu.

Z.FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM