Alternative content

19:24 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kainatı bizə yaxınlaşdıran kəşf
Kainatı bizə yaxınlaşdıran kəşf
ANA SƏHİFƏ / Elm və texnika
00:29 18.08.2019


Dünyamızı və həyatımızı dəyişən, bəşəriyyətin ən mühüm ixtiralarından biri teleskopun kəşfidir.

Teleskop - kosmik obyektlərin öyrənilməsində istifadə edilən, həmçinin kainatdakı kosmik cisimlər arasında radioşüalanmanın müşahidəsində istifadə olunan optik alətdir. O, müşahidə edilən və öyrənilən kosmik obyektlərin ölçüsünü böyüdərək, insan gözünün onu görməsinə imkan yaradır. Sağlam insan gözü açıq səmada ətrafında cəmi 6000 ulduz gördüyü halda müasir teleskoplar sayəsində milyardlarla ulduz görə bilir. Bəs bu aləti ilk dəfə kim kəşf edib?

Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürürdülər. Hələ XI əsrdə yaşayıb-yaradan alim Əl- Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar verirdi.

Bir linzalı teleskopun sxemini ilk dəfə alim, mühəndis, rəssam və heykəltəraş Leonardo da Vinçi verib. Leonardo da Vinçinin əlyazmalarında iki linzalı teleskopun sxemi aşkar edilib. Lakin onun özünün teleskop düzəltməsi və göy cisimləri üzərində müşahidələr aparması məlum deyil.

İlk teleskopu isə elmdən kənar, amma "yandırıcı” güzgü həvəskarı olan Yakob Metenus düzəldib. O, bir gün borunun bir ucuna çökək, o birinə isə qabarıq linza bərkitmək qərarına gəlir və nəticədə durbin yaranır. Eyni vaxtlarda elmdən kənar bir neçə nəfər də bir-birindən xəbərsiz durbinlər düzəldiblər. Onlardan biri də hollandiyalı eynək istehsalçısı İohann Lippersgey idi. O, 1608-ci ildə qabarıq və çökək linzalardan ibarət olan və görüntünü 3 dəfə böyüdə bilən cihazı patentləşdirməyə çalışsa da, ona rədd cavabı verirlər. Deyilənə görə, o, mağazasında linzalarla oynayan uşaqları müşahidə edir və linzaların uzaq əşyanı yaxın göstərdiyini görür. Bu üsulla mağazanın sahibinin ağlına müşahidə borusu yaratmaq gəlir. Digər məlumatlara görə isə, İohann ideyanı başqa holland eynək istehsalçısı Zaxariya Yansendən oğurlayıb. Yansen və Lippersgey eyni şəhərdə yaşayır və optik cihazlar üzərində işləyirdilər. Buna baxmayaraq, teleskopun kəşfini Lippersgeyə aid edirlər, çünki patent üçün məhz o, müraciət etmişdi. Yanseni isə öz növbəsində daha mürəkkəb teleskopun müəllifi hesab edirlər. Görünən odur ki, hər iki usta teleskopun kəşfi ilə bu və ya digər şəkildə bağlıdırlar.

1609-cu ildə italyan fiziki, riyaziyyatçısı, astronomu Qalileo Qaliley yeni kəşf haqqında eşidir və aləti görmədən bir neçə gün ərzində nəzəri düşüncələri əsasında teleskop düzəldir. Qalileyi teleskopun ixtiraçısı saymaq olmaz. Lakin o, elmi əsaslarla teleskop düzəltmiş ilk alimdir. Qalileyin düzəltdiyi ilk teleskop baxılan cismi 3 dəfə böyüdürdü. Sonra bu böyütməni 32 dəfəyə çatdırır. Tezliklə alim kəşfini daha da təkmilləşdirir və Venesiya senatına təqdim edir. Senat isə öz növbəsində onu ömürlük Padui Universitetinə lektor təyin edir və maaşını artırır.

Qalileo Qaliley eyni zamanda teleskopu səmaya yönəldən ilk şəxs olub. O, həyəcanla fikirləşirdi ki, ruhanilərdən gizli şəkildə öz borusunu gecə səmaya yönəltsə, nələr olar? Bu, olduqca qorxulu və cəsarətli bir addım idi. Çünki ruhanilər insanların Uca Yaradanın işlərinə nəzər yetirməməli olduqlarını təlqin edirdilər. Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu il yanvarın 7-də gecə Aya tərəf yönəldir. Ayda dağların, kraterlərin olmasını, həmçinin Süd Yolunu görür. Ay səthinin mahiyyət etibarilə yerə oxşar olması fikrini söyləyir. Bu isə din əleyhinə atılmış ən cəsarətli addım, elm xəzinəsinə daxil edilən qiymətli bir hədiyyə idi.

O, teleskopla baxarkən çoxlu yeni ulduz, Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edir. Gündüz isə hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq, orada ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyənləşdirir.

Qaliley müşahidə etdikcə polyak alimi Kopernikin planetlərin Günəş ətrafında fırlanması fikrinin doğruluğuna əmin olur. O, 1632-ci ildə "Dünyanın iki əsas sistemi - Ptolomey və Kopernik sistemləri haqqında söhbət” əsərini yazaraq, Kopernikin Yerin Günəş ətrafında fırlanması fikrini müdafiə edir. Lakin bu kitabın yazılmasına görə Qaliley kilsə tərəfindən təqib olunur, ideyaları batil sayılır. 1633-cü ildə 70 yaşlı alim Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə çıxarılır. Məhkəmədə tutduğu yoldan əl çəkməsə, tonqalda yandırılmaqla hədələnir və "tövbə etməyə” məcbur edilir. Alim öz "günahını” etiraf edir və ev həbsinə məhkum olunur. Rəvayət olunur ki, Qaliley məhkəmə qurtardıqdan sonra "onsuz da o fırlanır” deyərək Yerin fırlanması fikrindən dönmür. 9 il ev dustağı kimi yaşayan və kor olan alim ömrünün sonuna kimi elmi yaradıcılıqdan əl çəkmir, öz ideyasını dəyişmir. O, 1642-ci il yanvarın 8-də vəfat edir.

Sonradan digər Avropa ölkələrində yaşayan alimlər teleskopu mükəmməlləşdirirlər. İohann Kepler optikanı öyrənir və görüntünü tərsinə çevirən iki qabarıq linzalı teleskop hazırlayır. Keplerin işlərini öyrənən İsaak Nyuton isə linzanın yerinə güzgü istifadə etməyin daha yaxşı olacağını düşünür və nəticədə 1668-ci ildə ilk teleskop-reflektor hazırlanır. 100 il sonra teleskop-reflektor əsas astronomik cihaza çevrilir.

XX əsrə doğru gəlincə teleskopların yüksək inkişafını görürük. 1930-cu illərdə radioteleskoplar ixtira olunur. 1960-cı illərdə infraqırmızı teleskoplar da daxil olmaqla bir çox yeni teleskop növü ixtira edilir və təkmilləşdirilir.

Dünyada ən böyük teleskop İspaniyanın La Palma adasında 7 ilə və 180 milyon ABŞ dollarına düzəldilən "Great Canary Telescope”dur. İkinci ən böyük teleskop Havay adalarındakı "Keck II”, üçüncüsü isə CAR-dakı SALT teleskopudur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM