Alternative content

04:18 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
ANA SƏHİFƏ / Mədəniyyət
22:54 17.08.2019

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqomayevin zəngin yaradıcılığından bəhs edərək deyib: "Təəssüf ki, Müslüm Maqomayev aramızdan çox tez getdi. O, nadir şəxsiyyət idi. Onun bariton səsi dünyada ən nadir səslərdən biridir”.

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək Azərbaycanda Müslüm Maqomayevin xatirəsinin daim əziz tutulduğunu, onun dərin məhəbbətlə anıldığını bildirib. O, bu sevginin gənc nəslə də ötürüldüyünü vurğulayıb və bundan hədsiz fərəh hissi keçirdiyini söyləyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd edib ki, illər ötdükcə Müslüm Maqomayevi daha yaxşı anlayır və yaradıcılığını daha yaxşı qiymətləndirirsən. "O, hədsiz dərəcədə xeyirxah insan, böyük şəxsiyyət, incəqəlbli, səxavətli idi. Hətta onun barəsində keçmiş zamanda danışmaq istəmirsən, çünki o, indi də yaşayır. O, bu gün də bizimlədir”,- deyə Leyla Əliyeva vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayev aramızdan getsə də, nəfəsi duyulur. O, arxasınca böyük müğənni ordusu aparır, bir növ onlara yol göstərir. Müslümün səviyyəsinə çatmaq çox çətindir.

S.Stepanov diqqətə çatdırıb ki, hər il Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin olması çox sevindiricidir. O, qəlblərdə yaşayır və yaşayacaq. Böyük müğənni ilə eyni yolu keçmiş sənətçilərin gənc nəsil arasında onu təbliğ etməsi də vacibdir.

Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir.

Müslüm Maqomayevlə uzun illərin dostu olduğunu söyləyən Eldar Quliyev deyib: "Musiqi onun həyatının mənası idi. Müslümün sənəti ölməzdir. Xoşbəxt insanam ki, onunla bir dövrdə yaşamışam”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM