17 Avqust 2019 12:54
521
DÜNYA
A- A+

ABŞ məhkəməsi İran tankerinin həbsinə order verdi

Kolumbiya dairə məhkəməsi (ABŞ) İranın bir neçə gün əvvəl Cəbəl-Tariq hakimiyyət orqanlarının sərbəst buraxdığı "Grace 1” tankerinin həbsinə order vermişdir. Məlumatı ABŞ Ədliyyə Nazirliyi yaymışdır.

Orderə görə, tanker, onun daşıdığı neft və 995 min dollar ABŞ-ın "Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında”, bank dələduzluğu, çirkli pulların yuyulması, həmçinin terrorizmlə bağlı fəaliyyətə görə müsadirə barədə qanunlarının pozulması ilə əlaqədar müsadirə edilməlidir.

Məhkəmə iddia edir ki, tanker İranın Suriyada yerləşdirilmiş İslam İnqilab Qvardiyasının bölmələrinə neft daşıyırmış. Ötən cümə axşamı ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək "Grace 1”lə əlaqəli şəxslərin barədə ciddi tədbirlər görməklə hədələmişdi.

Cəbəl-Tariq hakimiyyət orqanları iyulun 4-də Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozmaq ittihamı ilə tankeri həbs etmişdi. Polis gəminin kapitanını, onun baş köməkçisini və heyətin daha iki üzvünü tutub saxlamışdı. Ötən cümə axşamı İranın Londondakı səfiri məlumat vermişdi ki, "Grace 1” tezliklə Cəbəl-Tariqi tərk edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video