17 Avqust 2019 12:54
566
DÜNYA
A- A+

Daha 124 min suriyalı məcburi köçkün vəziyyətinə düşdü


Qurban bayramı günlərində Türkiyə ilə sərhədin yaxınlığında yerləşən qaçqın düşərgələrinə Suriyanın şimal-qərbindən, İdlib gərginliyin azaldılması zonasından 124 min sakin köçmüşdür. "Anadolu” agentliyi xəbər verir ki, əhali Suriya hökumət ordusunun və Rusiya qoşunlarının ardı-arası kəsilməyən hücumları ucbatından kütləvi şəkildə döyüş əməliyyatları rayonlarını tərk edir.

Əldə olan məlumata görə, Prezident Bəşşar Əsədin ordusu Xan Şeyxun şəhərinə doğru irəliləyir. Şəhərin əhalisi ev-eşiyini tərk etmək məcburiyyətində qalır.

Adamların bir hissəsi Türkiyə ordusunun Şimali Suriyada keçirdiyi "Fərat qalxanı” və "Zeytun budağı” əməliyyatlarının gedişində terrorçulardan təmizlənmiş rayonlara köçmüşdür. Yerli müşahidəçilərin proqnozuna görə, Səraqib və Məərrə ən-Numan şəhərləri də hava hucümuna məruz qalsa, məcburi köçkünlərin sayı 1 milyon nəfərə çata bilər.

Xatırladaq ki, ötən il sentyabrın 17-də Türkiyə və Rusiya prezidentləri Soçidə bir araya gələrək Suriyanın İdlib əyalətində hərbisizləşdirilmiş zonanın yaradılması və atəşin dayandırılması haqqında razılaşma əldə edilmişdilər. Lakin Bəşşar Əsəd rejimi sazişə riayət etməmişdir. Qarant ölkələr (Türkiyə, Rusiya və İran) Qazaxıstanın paytaxtı Nur-Sultanda Suriyaya dair danışıqların 13-cü raundunun yekunlarına görə atəşkəs rejiminin bərpası haqqında qərar qəbul etmişdi. Bəşşar Əsəd bu qərara da məhəl qoymamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video