Alternative content

19:20 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın Almaniyadakı səfirliyinin önündə Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib
Ermənistanın Almaniyadakı səfirliyinin önündə Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib
ANA SƏHİFƏ / DÜNYA
12:31 17.08.2019

Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətdən narazı olanlar ölkədaxili ilə bərabər, xaricdə də etirazlarını ifadə edirlər.

AZƏRTAC xəbər verir ki, növbəti aksiya Ermənistanın Almaniyadaki səfirliyinin qarşısında keçirilib. Buraya toplaşan narazı kütlə "Xalqa azadlıq!”, "Məhkəmələrə sərbəstlik!” və "Paşinyan istefa!” deyə şüarlar səsləndiriblər. Səfirlik binası qarşısında etirazçıların fəal üzvlərindən olan Valeri Eprikyan deyib ki, toplaşmaqda əsas məqsədləri Avropanın müxtəlif qurumlarını Ermənistanda insanların üzləşdikləri haqsızlıqlar və məmur özbaşınalığı ilə bağlı məlumatlandırmaqdır. "Əgər bir ölkədə məhkəmə və hüquq sistemi sifarişlər əsasında çalışırsa, həmin ölkədə demokratiyadan və insan azadlığından danışmaq yersiz olar. Təkcə son üç ayda sifarişlər əsasında dörd hakimin sədrliyi ilə gedən məhkəmə prosesindən bir nəticə hasilə olmur. Bu amili ölkədə ancaq siyasi təqiblər və qisasalma kimi xarakterizə etmək mümkündür. Bir məhkəmə prosesinə dörd dəfə yeni hakim təyin olunursa, daha burada hansı ədalətdən danışmaq olar? Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar”, - deyə Valeri Eprikyan bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM