“İtoçu” və “İnpeks”
Gündoğan ölkənin bu tanınmış şirkətləri "dəstxət”ini Azərbaycanda da təsdiqləyib
Azərbaycanın beynəlxalq tərəfdaşlıqla həyata keçirdiyi "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihələrində iki tanınmış Yaponiya şirkəti də iştirak edir. Bunlar "İtoçu” və "İnpeks”dir.
"İtoçu” şirkəti "Əsrin müqaviləsi” adını almış AÇG-yə layihənin həyata keçirildiyi ilk vaxtlardan qoşulub. Şirkət bu layihədə 3,65 faizlik iştirak payına malikdir.
"İtoçu” eləcə də BTC-nin 11 səhmdarından biridir. Onun həmin layihədə 3,4 faiz iştirak payı var. Şirkət SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə tikdiyi nəhəng "Star” neft emalı zavodunun inşasında iştirak edib. Bu da təsadüfi deyil. Çünki "İtoçu” fəaliyyəti şaxələndirilmiş bir korporasiyadır. Məsələn, XX əsrin 70-ci illərində "Saxalin-1” kimi böyük layihəyə qoşulub. XXI əsrin əvvəllərində "Mavi axın” qaz kəmərinin çəkilişində iştirak edib.
Şirkət neft-qaz yataqlarının işlənməsindən, ixrac kəmərlərinin çəkilişindən əlavə, iqtisadiyyatın çoxsaylı sahələrində "imza atır”. Məsələn, zavodların və ayrı-ayrı texnoloji qurğuların, o cümlədən neft və qaz emalı, neft kimyası müəssisələrinin, eləcə də elektrik stansiyalarının, sutəmizləyici sistemlərin tikintisində iştirak edir, magistrallar və dəmir yolları çəkir, körpülər salır.
"İtoçu” öz "dəstxət”ini dünyanın onlarca ölkəsində təsdiq edib. Eləcə də qədim neft diyarı Azərbaycanda. Bu, cari ilin iyul ayında Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, "İtoçu” korporasiyasının prezidenti Keita İşi ilə SOCAR-da keçirilən görüşdə də vurğulanıb. Görüşdə yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakı yüksək qiymətləndirilib. "İtoçu” və SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin yarandığı qeyd edilib və bu əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğu bildirilib. Belə ki, iki şirkət arasında bütün istiqamətlərdə və formatlarda əməkdaşlığa maraq var.
Gündoğan ölkənin Azərbaycanın neft-qaz layihələrində iştirak edən digər şirkəti "İnpeks”dir.
"İnpeks” BTC layihəsinə əlamətdar bir gündə qoşulub. 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan bu kəmərin təməli qoyularkən Ulu Öndər Heydər Əliyev BTC-nin səhmdarlarının daha bir şirkət sayəsində artdığını bildirdi. Bu, "İnpeks” idi.
Hazırda "İnpeks” BTC-də 2,5 faiz iştirak payına malikdir.
Sonralar şirkət AÇG layihəsində də sanballı iştirak payı aldı. İndi onun bu layihədəki iştirak payı 9,31 faiz təşkil edir.
"İnpeks” uzun illərdir neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi ilə məşğul olan bir şirkətdir. Yaponiyadan başqa, şirkət Cənub-Şərqi Asiya, Yaxın Şərq, Okeaniya, Xəzər dənizi, Afrika və Cənubi Amerika kimi neft-qaz regionlarında onlarca layihənin iştirakçısı olub. Odur ki, Tokiodakı baş mənzil qərargahından əlavə, dünyanın bir sıra ölkələrində də nümayəndəlikləri var.
"İnpeks” indiyədək İndoneziya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Azərbaycan və digər ölkələrdə çalışıb.
Xarici investisiyaların qorunması üçün yaradılan şərait, bağlanmış müqavilələrin şərtlərinin heç vaxt pozulmaması və digər bu kimi amillər Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb. İndi ölkəmiz mükəmməl bir beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaradıb. Buna misal kimi, AÇG üzrə 2050-ci ilin əvvəlinədək uzadılmış sazişdə layihənin iştirakçılarının heç birinin dəyişmədiyini göstərmək olar. Etibarlı və sınanmış tərəfdaşlarımız sırasında "İtoçu” və "İnpeks” də ölkəmizdə inamla fəaliyyət göstərir.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək ...
28 Mart
Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib
28 Mart
Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib
28 Mart
Ukraynaya yardım mexanizmi müzakirə edilib - MƏLUMAT
28 Mart
Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
28 Mart
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
28 Mart
Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib ...
28 Mart
D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır
28 Mart
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət alb...
28 Mart
Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!