Alternative content

19:20 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qeyri-neft məhsullarının ixracında 15,7 faizlik artım var
Qeyri-neft məhsullarının ixracında 15,7 faizlik artım var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:22 17.08.2019


İlin əvvəlindən ötən 6 ayda Azərbaycan dünyanın 177 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirmişdir. 103 ölkəyə məhsul ixrac, 164 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, cari ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16 milyard 866,2 milyon, o cümlədən ixracın dəyəri 9 milyard 850,6 milyon, idxalın dəyəri 7 milyard 15,6 milyon dollar təşkil etmiş, nəticədə 2 milyard 835 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2, o cümlədən idxal 50,5 faiz artmış, ixrac 1,4 faiz azalmışdır. Real ifadədə isə dövriyyə 6,5, o cümlədən idxal 19,6, ixrac 0,4 faiz artmışdır.

Hesabat dövründə ölkədən 979,1 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,7, real ifadədə isə 11,1 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (36,3 faiz), Türkiyəyə (21,8 faiz), Gürcüstana (8,7 faiz), İsveçrəyə (7,5 faiz), İtaliyaya (3,1 faiz), Ukraynaya (2,4 faiz), Yunanıstana (1,8 faiz), İrana (1,8 faiz), Çinə (1,7 faiz) və Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstün olmuşdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM