Alternative content

19:28 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Miqrasiya saldosu yenə müsbətdir
Miqrasiya saldosu yenə müsbətdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:21 17.08.2019


İlin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10 milyon 19575 nəfərə çatmışdır.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadratkilometrə düşən əhalinin sayı isə 116 nəfərdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalmışdır. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı üçəm doğulanlardır.

Cari ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6-dan 5,9-a düşmüşdür.

Bu dövrdə qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6-ya, boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artmışdır.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 176 nəfər təşkil etmişdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM