Alternative content

04:29 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mənəvi Dəyərlərin Təbliği Fondu regionlarda aktual mövzulara həsr edilmiş tədbirlər keçirir
Mənəvi Dəyərlərin Təbliği Fondu regionlarda aktual mövzulara həsr edilmiş tədbirlər keçirir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:18 17.08.2019


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas fəaliyyət istiqamətlərindən biri mənəvi dəyərlərin təbliği sahəsində çoxşaxəli və genişmiqyaslı tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Bu məqsədlə fond tərəfindən bir sıra istiqamətlər üzrə müxtəlif mövzulu tədbirlər, seminar-treninq və seminar müşavirələr təşkil edilir. Belə ki, fond tərəfindən dünyada gedən qloballaşma prosesi, bunun əsnasında milli kimliyimizin qorunması, gənc nəslə milli kimlik anlayışının aydın şəkildə çatdırılmasının təmin edilməsi məqsədilə "Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninqlər keçirilir.

Seminar-treninqlər indiyədək Sumqayıt şəhəri, Lerik, Oğuz, Xaçmaz rayonlarında keçirilmişdir. İlin sonunadək Balakən, Biləsuvar, İsmayıllı, Zaqatala, Astara, Gədəbəy və Bərdədə eyni mövzuda seminar-treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Mənəvi Dəyərlərin Təbliği Fondunun 2019-cu ildə həyata keçirdiyi daha bir silsilə seminar-müşavirə "Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusuna həsr edilib. Gənclərin mənəvi dəyərlərin təbliği işinə cəlb edilməsi, onların mənəviyyat dünyasının zənginləşməsinə həsr edilmiş seminar-müşavirələr bugünədək Tovuz, Yardımlı və Şabran rayonlarında keçirilmiş, ilin sonunadək isə belə tədbirlər Qax, Ağdaş, Neftçala, Saatlı, Beyləqan, Füzuli, Tərtər, Ağsu və Ağdam rayonlarında gerçəkləşdiriləcəkdir.

Bununla yanaşı, fondun təşkilatçılığı ilə cəmiyyətin təməlini təşkil edən ailə institutu ilə bağlı "Azərbaycan ailəsi” mövzusunda regionlarda konfranslar keçirilməkdədir. Fond ailə dəyərlərinin təbliği və ailədə sağlam mühitin qorunaraq gücləndirilməsinə töhfə vermək məqsədilə bu aktual mövzunu daim diqqət mərkəzində saxlayır. "Azərbaycan ailəsi” mövzusunda konfranslar Kürdəmir, Yevlax, Masallı, Tovuz, Daşkəsən rayonlarında, Sumqayıt və Mingəçevir şəhərində təşkil edilmişdir. Növbəti aylarda "Azərbaycan ailəsi” mövzusunda konfranslar Bərdə, Ağstafa, Zərdab, Hacıqabul və Şəmkir rayonlarında keçiriləcəkdir.

Fond tərəfindən təşkil edilən tədbirlərdə ekspert qismində ölkəmizin tanınmış ziyalıları, elm adamları və müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edir, dinləyicilərlə diskussiyalar və geniş fikir mübadiləsi aparılır.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM