17 Avqust 2019 00:17
1255
ELANLAR
A- A+

“Azercell”in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda


Ölkənin telekommunikasiya sahəsinin lideri "Azercell Telekom” MMC avqust ayının 15-də Cocuq Mərcanlıya səfər edib.

Sosialyönümlü layihələrin dəstəkçisi və təşəbbüskarı olan şirkət Cəbrayıl rayonu, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllimləri ilə görüşüb, onları məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırıb. Tədbir zamanı orta məktəbin direktoru Zamin Həziyev "Azercell”in bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Şirkətin "Mobil Göz” və "Mobil Diş” klinikaları da səfərə qoşulub. Klinikalar 60-dan çox Cocuq Mərcanlı sakinini müayinədən keçirib. Fəaliyyətləri boyunca şirkətin klinikaları on minlərlə valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrə, yaşlılara və məcburi köçkünlərə tibbi yardım göstərib.

Qeyd edək ki, Cocuq Mərcanlı düşmən işğalından azad olunduqdan sonra "Azercell” bu ərazidə stansiya quran ilk operator olub. Cari ilin yanvar ayında bura səfər edən "Azercell” kənd sakinlərinə nömrələr və digər dəyərli hədiyyələr təqdim edib.

Yeni bağlantı erasında istifadəçilərin artan tələblərini qarşılamaq üçün "Azercell” 2018-2019-cu illərdə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Bu müddət ərzində ölkənin 60-a yaxın rayon və şəhərində 1007 yeni LTE stansiyası qurulub, ümumi stansiyaların sayı 7000-i ötüb. "Azercell” son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Bunun sayəsində şirkət əhali əhatəsi dairəsində 86.2 faiz, coğrafi ərazi əhatə dairəsində isə 61.4 faiz yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6 faiz, LTE yükləmə və ötürmə sürətində isə 16 faizədək artım qeydə alınıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video