16 Avqust 2019 17:38
564
DÜNYA
A- A+

Tramp Qrenlandiyanı almaq istəyir?


ABŞ Prezidenti Donald Tramp Danimarkadan Qrenlandiya adasını almaq məsələsi ilə maraqlanır. Bu barədə "The Wall Street Journal” qəzeti Ağ evdəki mənbələrə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, Tramp Qrenlandiyanı almağın mümkün olub-olmamasını dəfələrlə müşavirləri ilə müzakirə etmiş, adanın ehtiyatlarına və onun geosiyasi əhəmiyyətinə maraq göstərmişdir. ABŞ Prezidentini xüsusilə Amerikanın Arktikada hərbi mövcudluğunu genişlətmək məsələsi maraqlandırır.

Qəzetin mənbələri məlumat vermişlər ki, Prezident layihənin hüquqi ekspertizası ilə əlaqədar Ağ evin hüquq məsləhətçisinə müraciət etmişdir. Bununla belə, Trampın bəzi müşavirləri onun ideyasını iqtisadi cəhətdən məqsədəuyğun sayırlar, digərləri isə əmindirlər ki, bu, Prezidentin ötəri istəyidir. ABŞ Prezidentinin bu ideyaya nə dərəcədə ciddi yanaşdığı məlum deyil.

"The Wall Street Journal” qeyd edir ki, bu, Vaşinqtonun Qrenlandiyanı almaq üçün ilk cəhdi deyil. İkinci Dünya müharibəsindən sonra Prezident Harri Trumen Danimarkaya 100 milyon dollar təklif etmiş, amma rədd cavabı almışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video