16 Avqust 2019 17:32
422
DÜNYA
A- A+

Erməni diplomat: 2018-ci ildə Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi olub


2018-ci ildə Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi baş verib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu fikri Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan "məxməri inqilab”ı şərh edərkən səsləndirib.

Diplomatı qeyd edib ki, ötən ilin aprel-may hadisələrini hakimiyyət dəyişikliyi kimi səciyyələndirmək olar. Onun sözlərinə görə, həmin dövrdə ölkədə inqilabi şərait yetişsə də, bu hadisə heç də "məxməri inqilab” olmayıb. Minasyan əlavə edib: "İndiki hakimiyyətin dövrünü isə ən təhlükəli – dərin məyusluq və növbəti kədərli nəticələr doğuracaq şərait kimi qiymətləndirmək olar. Hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət xalqı birləşdirmək, tikmək və yaratmaq, bir sözlə, əsl inqilabi prosesləri həyata keçirmək imkanı qazandı. İnsanların görünməmiş dəstəyindən isə dövlətçilik və xalq naminə istifadə etmək olardı. Bunun üçün keçmişin zəncirlərindən qurtulmaq, yazılmamış qanunların əsiri olmamaq və yeni komanda yaradaraq qeyri-adi nəticələr əldə etmək lazım idi. Aprelin 23-dən sonra Ermənistan üçün uçuş zolağı açıq idi və əlverişli hava mövcud olub”.

Paşinyan hakimiyyətinin tamamilə başqa yol seçdiyini təəssüflə qeyd edən diplomat vurğulayıb ki, yeni hökumət islahatları deyil, köhnə qvardiyadan intiqam və qisas yolunu seçdi. O əlavə edib ki, heç bir peşəkar kadr öz fəaliyyətini və həyatını qisasçı hakimiyyət ilə birləşdirmək istəməz və qisasın daha bir qisas doğuracağını hamı başa düşür. "Peşəkarların olmadığı hər hansı hakimiyyət isə öz varlığını qorumaq üçün mütləq yeni repressiyalara əl atır. Biz açıq gözlə artıq bu mərhələyə daxil olmuşuq və erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”, -deyə diplomat vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video