Alternative content

04:29 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd təsərrüfatında rekord göstəricilərə nail olunur
Kənd təsərrüfatında rekord göstəricilərə nail olunur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:43 16.08.2019


Aparılan uğurlu islahatlar ölkənin ümumi inkişafını təmin edir. Belə ki, indi iqtisadiyyatımız yalnız neftdən asılı deyil. Qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artdığı üçün ixracatda da payı çoxalır. Bu da ölkənin tarazlı inkişafının təmin edilməsində mühüm faktora çevrilib.

Qeyri-neft sektorunda kənd təsərrüfatının çəkisi böyükdür. Bu sahə həm əhatə dairəsinə, həm də burada çalışanların sayına görə qeyri-neft sektorunda öndə gedir. Kənd təsərrüfatının inkişafı məhsul istehsalının artımını təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Yəni bu sektorda istehsal olunan məhsul əhalinin ərzağa olan tələbatını ödəyir, eyni zamanda ixrac edilərək ölkəyə valyuta gətirir. Digər tərəfdən isə, əhalinin məşğulluğuna böyük töhfə verir. Beləliklə, bu, həm iqtisadi, həm də sosial məsələlərin həllində mühüm faktora çevrilir.

Son illər aqrar sektorda uğurların qazanılmasında aparılan iqtisadi islahatlar mühüm rol oynayır. Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə burada aparılan islahatları yüksək qiymətləndirərək demişdir: "Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatların nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək.

Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın”.

Ərzaq təhlükəsizliyində taxıl istehsalı mühüm rol oynayır. Belə ki, çörək ölkə əhalisinin ən çox istifadə etdiyi ərzaq növüdür. Bu üzdən dünyanın böyük taxıl istehsalçısı olan ölkələr buğda ixracında süni qiymət artımına da əl atırlar. Onlar yaxşı bilirlər ki, hər bir ölkədə bu növ məhsula tələbat böyükdür və bunsuz heç bir ölkə öz ərzaq təhlükəsizliyini təmin edə bilməz. Dövlətimiz bu ab-havanı yaxşı başa düşdüyü üçün vaxtında taxılçılığın inkişafı istiqamətində mühüm tədbirlər gördü. Fermerlərə toxum və mineral gübrə satışında güzəştlər, istifadə etdikləri yanacaq və sürtkü yağlarına görə subsidiya verildi. Görülən bu tədbirlər nəticəsində fermerlərdə taxılçılığa maraq yarandı, ölkədə taxıl istehsalı ildən-ilə artmağa başladı. Digər tərəfdən, ölkədə taxılçılıq üzrə ixtisaslaşan iri fermer təsərrüfatları yaradıldı ki, burada da məhsuldarlıq çox yüksəkdir.

Cari ildə 1 milyon 12 min hektarda taxıl əkilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Bu il taxıl istehsalı 40 faiz artıb. Bununla yanaşı, məhsuldarlıq da yüksəlib. Taxılçılıqda məhsuldarlıq 30 sentnerdən çox olub. Əvvəlki illərdə isə bu rəqəm 20 sentnerə bərabər idi. Bir çox təsərrüfatlarda, xüsusilə müasir texnika və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentner, bəzilərində daha yüksək olub.

Dövlət aqrar sektorun inkişafına daim dəstək verir. Bu məqsədlə müxtəlif layihələr icra edilir, lazım gəldikdə isə əvvəlki qaydalar təkmilləşdirilir. Ölkə rəhbərinin tapşırığı ilə lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən növbəti islahat da bunun nəticəsidir. Artıq dövlət tərəfindən tətbiq olunan güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə şamil edilir. Bunun sayəsində bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma qeydə alınıb. Cari ildə 700-dən çox texnikanın satılması da bunun sayəsində mümkün olub. Eyni zamanda, belə hal fermerlərə gübrələrin satışına da tətbiq ediləcək. Beləliklə, aparılan liberallaşma siyasəti fermerlərə məhsuldarlığı artırmaqda geniş imkanlar açır.

Bitkiçiliyin digər sahələrində də məhsul istehsalında artım qeydə alınıb. Cari ilin 6 ayında bostan məhsulları təxminən 40, meyvə 20 faizdən çox, barama 25, tərəvəz isə 14 faiz artıb. Heyvandarlıqda da uğurlu nəticələr əldə edilib. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 3, süd istehsalı 2, yumurta istehsalı 4,5, yun istehsalı 0,8 faiz artıb. Bundan başqa, ölkədə 636,6 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Beləliklə, cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatında ümumi məhsul istehsalı 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalında 25,6, heyvandarlıq məhsullarının istehsalında isə 2,9 faiz artıb.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM