16 Avqust 2019 00:23
1264
İQTİSADİYYAT
A- A+

Qarabağın xindoqnı üzüm sortunun bərpa olunması üçün tədbirlər görülür


Xindoqnı sortu Azərbaycanın ən qədim, qiymətli, yerli texniki üzüm sortudur. Əsas vətəni Qarabağdır. Təəssüf ki, ötən əsrin 80-ci illərində erməni separatçıları tərəfindən torpaqlarımıza qarşı başlamış işğal siyasəti və nəticədə ərazilərimizin zəbt olunması bu sortun da itirilməsinə səbəb olmuşdur.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyir ki, xindoqnı sortunun məhsulu yüksəkkeyfiyyətli qırmızı süfrə şərabları istehsalı üçün qiymətli xammaldır. Bu üzdən o, ölkəmizin şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir: "Vaxtilə xindoqnı sortunun respublikamızın ümumi üzüm bağlarında əkilib-becərilmə payı 4,1 faiz təşkil edirdi ki, bu da 12 min hektar üzüm bağı demək idi. Qarabağın dağlıq hissəsindəki üzümlüklərin 85-90 faizi xindoqnı sortunun becərildiyi sahələr olmuşdu. Bu sortdan çəhrayı süfrə şərabı - "Gişi”, qırmızı süfrə şərabları - "Qarakənd”, "Xocavənd”, markalı qırmızı şərab - "Qızılqaya”, portveyn şərablardan - "Çəhrayı portveyn”, "Qırmızı portveyn”, "Çartar”, markalı çərəz şərablardan Qarabağ-qırmızı, xindoqnı və tavkveri üzüm sortlarının qarışığından "Qobustan” adi qırmızı süfrə şərabı, xindoqnı, Mədrəsə, tavkveri üzüm sortlarının qarışığından - "Ağsu”, "Şahdağ” kəmşirin şərabları, xindoqnı və Mədrəsə sortlarının qarışığından "Azərbaycan portveyni (qırmızı)” adda yüksəkkeyfiyyətli müxtəlif növ şərablar istehsal edilirdi. Vaxtilə bu şərablar nəinki respublikamızda, hətta xarici ölkələrdə də məşhur idi”.

Bütün bu amillər nəzərə alınaraq xindoqnı üzüm sortunun bərpa olunması istiqamətində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən elmi-seleksiya işlərinə başlanılıb. İnstitutun direktor əvəzi Vüqar Səlimovun sözlərinə görə, bununla əlaqədar institutun əməkdaşları tərəfindən ölkənin müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə-kəndli və ev təsərrüfatlarında sortun müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük olunması üçün tədqiqatlar həyata keçirilir: "İlk olaraq Beyləqan rayonundakı köhnə üzüm bağlarında (keçmiş Mil Üzümçülük Sovxozu, Daşburun qəsəbəsi) xindoqnı üzüm sortunun hələ də əkilib-becərildiyi müəyyən olunub. Eyni zamanda institutun Gəncə Təcrübə Stansiyasının və Abşeron Təcrübə Təsərrüfatının kolleksiya bağlarında da xindoqnı sortu qorunub saxlanılır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video