16 Avqust 2019 00:21
572
İQTİSADİYYAT
A- A+

Kəndlərarası yollar yenidən qurulur


Şəmkir rayonunun Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq yenidənqurma işləri aparılır.

Hazırda avtomobil yolu 3 istiqamət üzrə əsaslı şəkildə yenidən qurulur. Bu, 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı avtomobil yollarıdır.

Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolu üzərindəki Zəyəm qəsəbəsində 1,3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Layihə üzrə sözügedən hissədə - Qanlı Qobu çayı üzərində 36,3 metrlik 2 aşırımlı və Cəyirçay üzərindəki 54,3 metrlik 3 aşırımlı körpülərin əsaslı şəkildə təmiri də nəzərdə tutulub.

Analoji işlər yolun IV texniki dərəcəli 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı hissələrində də aparılır. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib.

Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 kilometr göstəricisi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşınması xeyli asanlaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video