16 Avqust 2019 00:20
634
İQTİSADİYYAT
A- A+

Aqrar islahatlar İmişlinin imkanlarını artırır


Məlum olduğu kimi, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi məsələlərlə bağlı keçirilmiş müşavirədə ilin 6 ayının yekunları ətraflı təhlil edilmiş, 2019-cu il üçün nəzərdə tutulan vəzifələrin uğurla icra olunması vurğulanmışdır.

Qeyd edilmişdir ki, 6 ay ərzində ölkə iqtisadiyyatı 2,4, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Qeyri-neft sənayesində qazanılan nəticələr xüsusilə sevindiricidir. Burada artım 15,7 faiz olmuşdur.

Ölkə iqtisadiyyatının dinamik inkişafına İmişli rayonu da sanballı pay verir. 6 ayın yekunları ilə bağlı Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda bu barədə ətraflı danışılmışdır. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafın nəticələrini təhlil etmiş, qarşıda duran təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərini davam etdirmək zərurətini vurğulamış, bütövlükdə ilin yüksək nailiyyətlərlə başa vurulacağını diqqətə çatdırmışdır.

Ötən yarım il ərzində rayon iqtisadiyyatının əsas sahələri üzrə 136 milyon 860,4 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 73,6 milyon manatlıq çoxdur.

İstehsal olunan sənaye məhsullarının 95,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Mədənçıxarma sənayesi ümumi məhsulun 3,6, emal sənayesi 91,6, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi 4,8 faizini təşkil etmişdir.

Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi İmişli rayonunda da kənd təsərrüfatının sürətli inkişafını təmin edir. Son illər rayonun təsərrüfatlarında pambıq, taxıl, barama, şəkər çuğunduru, heyvandarlıq məhsulları istehsalındakı artım diqqət çəkir. Prezident İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığı inkişaf etdirmək barədə verdiyi tapşırıq və tövsiyələri fermerlər fəaliyyət proqramı kimi qəbul etmişlər. Bu il rayonun təsərrüfatlarında 7492,3 hektar sahədə pambıq əkilmişdir. Tarlaların becərilməsində aqrotexniki tələblərə ciddi əməl olunur. Hazırda becərmə işləri, suvarma və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri davam edir. Məqsəd tarlalarda bol məhsul yetişdirmək, yüksək məhsuldarlığa nail olmaqdır.

Rayonun təsərrüfatlarında cari ilin məhsulu üçün 19037,5 hektar sahədə taxıl əkilmişdir. Bunun 6,322 hektarını arpa, 12715,5 hektarını buğda sahələri təşkil etmişdir. Zəmilərdə yetişdirilmiş bol məhsul itkisiz yığılıb tədarük edilmişdir.

Kənd təsərrüfatında gəlirli sahə sayılan baramaçılığın inkişafına da rayonda böyük önəm verilir. İpəkqurdlarının bəslənilməsində etibarlı yem bazası yaradılması üçün zəruri tədbirlər görülür, çəkil bağlarının sahəsi ildən-ilə genişləndirilir. Bunun nəticəsidir ki, cari il rayonda 9551 kiloqram barama istehsal olunmuşdur.

İndi kəndlərdə təsərrüfat işlərinin qızğın çağıdır. Meyvə, tərəvəz, bostan məhsulları yığılır. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün yaradılmış müasir istixana təsərrüfatları səmərəli fəaliyyət göstərir.

"Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. Daha 6000 hektar qış otlaq sahəsinin də təyinatının dəyişdirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.

İqtisadiyyatın dinamik inkişafı sosialyönümlü layihələrin uğurla reallaşdırılmasına geniş imkanlar açır. Həmin imkanlar sayəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binası inşa olunmuşdur. Şəhər əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması üçün isə 48 mənzilli binanın tikintisinə başlanmışdır. Ötən 6 ay ərzində 772-si daimi olmaqla 1501 iş yeri açılmış, gəlirləri ehtiyac meyarından aşağı olan 455 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video