Alternative content

19:20 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koreyanın aqrar təcrübəsi öyrənilir
Koreyanın aqrar təcrübəsi öyrənilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:15 16.08.2019


Koreya Regionların İnkişafı İnstitutu və Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəvəti ilə ölkəmizdə səfərdə olan qonaqlar Aqrar Tədarük və Təchizat ASC-də olub, qurumun rəhbər şəxsləri ilə görüşüblər.

Görüşdə Azərbaycan və Koreya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin mövcud vəziyyətindən, o cümlədən aqrar sahədəki əməkdaşlıqdan məmnunluq ifadə edilib, Aqrar Tədarük və Təchizat ASC ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, eləcə də bu sahədə ixtisaslaşmış qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanın tədarük və təchizat sisteminin daha da təkmilləşdirilməsi sahəsində Koreya təcrübəsinin öyrənilməsi və tətbiqi müzakirə edilib.

Aqrar Tədarük və Təchizat ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova Koreya nümayəndə heyəti ilə keçirilən görüşün ölkəmizdə aqrar sahənin inkişafında müstəsna rolunun olacağını bildirib: "Koreya ilə Azərbaycan arasında dostluq münasibətləri, müxtəlif sahələr üzrə əməkdaşlığımız mövcuddur. Koreyanın aqrar sahədə zəngin təcrübəsi var, biz bu təcrübənin öyrənilməsində və ölkəmizdə tətbiqində maraqlıyıq. Bunun üçün dost ölkənin müvafiq qurumları ilə davamlı görüşlər keçiririk. Aqrar sahədə fəaliyyət göstərən fermerlərdən ibarət kooperativlərin yaradılmasında Koreyanın zəngin təcrübəsindən yararlanmaq Azərbaycanın bölgələrində kənd təsərrüfatının inkişafı, fermerlərin bu sahədə təşkilatlanması istiqamətində görülən işlərin daha da sürətlənməsinə və genişlənməsinə təkan verəcək”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM