15 Avqust 2019 16:58
525
DÜNYA
A- A+

ABŞ-ın 13 ştatı Tramp administrasiyasını məhkəməyə verdi


ABŞ-ın 13 ştatı Ağ evin elan etdiyi yeni immiqrasiya qaydalarının qüvvəyə minməsinin qarşısını almaq məqsədilə Prezident Donald Trampın administrasiyasına qarşı məhkəmədə iddia qaldırmışdır. "Röyter” agentliyinin xəbərinə görə, ştatlar administrasiyanın azgəlirli şəxslərə viza və vətəndaşlıq verilməsini məhdudlaşdıran qərarına etiraz edirlər.

İddianı Vaşinqton, Virciniya, Delaver, Kolorado, İllinoys, Massaçusets, Minnesota, Miçiqan, Merilend, Nevada, Nyu-Cersi, Nyu-Meksiko və Rod-Aylend ştatları vermişdir. Vaşinqtonun baş prokurou Robert Ferqüson bildirmişdir ki, Tramp administrasiyanın belə bir qərarı amerikalı olmaq istəyən bir çox adamların arzularını puç edə bilər. Onun dediyinə görə, qərar artıq ABŞ-da yaşayanlara ziyan vurar, onları ev-eşiksiz və tibbi yardımsız qoyar. Baş prokuror əlavə etmişdir ki, "Tramp administrasiyasının ideyası aydındır: varlısınızsa, xoş gəlmisiniz, yoxsulsunuzsa, yox”.

İddianı Vaşinqton qubernatoru Cey İnsli də dəstəkləmişdir. O qeyd etmişdir ki, "Vaşinqton həmişə immiqrantların yanında olacaq, Tramp administrasiyasının hər hansı hərəkəti nə işlə, nə də sözlə bunu dəyişdirə bilməz”.

Trampın köməkçisi Stiven Millerin təklif etdiyi qaydalar ABŞ-a gəlib dövlət yardımı almağa ümid edən adamlara qarşı yönəlmişdir. Ağ ev administrasiyasının fikrincə, ölkənin vətəndaşı olmaq istəyənlərin özləri ayağa qalxa bilərlər. Vətəndaşlığın verilməsi və immiqrasiya məsələləri bürosu rəhbərinin səlahiyyətlərini icra edən Ken Kuççinelli bildirmişdir ki, "insan yoxsuldursa, o, ABŞ-ın tamhüququlu sakini olmağa hazırlaşmalıdır”.

Ağ ev administrasiyasının yeni qərarı oktyabrın 15-də qüvvəyə minməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video