15 Avqust 2019 14:42
531
SİYASƏT
A- A+

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış edib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinə məktub ünvanlayıb. Bu barədə AZƏRTAC-a "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.

  • Məktubda deyilir: "2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, "Pan-Ermənistan” oyunlarının açılışına qatılıb. Açılış "mərasim”ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərini ilhaq siyasəti yürütdüyünü təsdiq edir”. Məktubda qeyd edilir ki, Paşinyanın bu sayıqlamaları, əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub.

Etiraz məktubunda, həmçinin bildirilir ki, XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir. N.Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın işğalçılıq siyasətini gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir. Paşinyan "Qarabağ Ermənistanın tərkib hissəsidir” deməklə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur. Ermənistan baş nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib.

"Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”, - deyə etiraz məktubunda vurğulanır.

Qeyd edək ki, bu məktub ATƏT-in Minsk qrupu həmsədrləri ilə yanaşı, Minsk qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin Baş katibinə, Avropa Şurasının və Avropa İttifaqının müvafiq qurumlarına, habelə digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.

Məktubu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev, İdarə Heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və s. imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video