15 Avqust 2019 01:06
1200
SİYASƏT
A- A+

Xoşməramlı missiya


Birinci vitse-prezident Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti Azərbaycanın dünya dövlətləri ilə etibarlı və strateji tərəfdaşlığına mühüm töhfələr verir


Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dünya maddi-mədəni irsinə verdiyi töhfələr, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətləri növbəti dəfə beynəlxalq səviyyədə yüksək qiymətə layiq görüldü.

Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Mehriban xanım Əliyeva Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif olunub. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.

Bu, əlbəttə ki, dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə verilən növbəti böyük dəyərdir. Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimində əvəzsiz rol oynayan Mehriban xanım Əliyeva genişmiqyaslı fəaliyyəti ilə dövlətlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsinə də mühüm töhfələr verir.

Azərbaycan və Rusiya münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsindədir və məhz bu zəmində daha da inkişaf edir. İki ölkənin liderləri cənab İlham Əliyevlə, Vladimir Putin arasındakı qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan şəxsi münasibətlər isə əlaqələrin inkişafında böyük rol oynayır. Mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlər yeni inkişaf mərhələsindədir.

Mehriban xanım Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə və xalqlar arasında dostluğun möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bundan öncə də ali mükafatlarla təltif edilib. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç” ordeninə layiq görülən Mehriban xanım Əliyeva, həmçinin Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill tərəfindən II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib. 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb.

Birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə həm də ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır.

Azərbaycanın dünyada tanıdılması işində Mehriban Əliyeva amili çox mühüm rola malikdir. Erməni lobbisinin və antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı formalaşdırdığı mənfi stereotiplərin dağıdılması, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan tutduğu yol bu gün ölkəmizin dünyada sülhün və firavanlığın carçısı kimi tanınmasında çox böyük rol oynayır.

Azərbaycanın dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətləri olan Birinci vitse-prezident həm də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yaradıldığı gündən dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasında böyük rol oynayır.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, nəinki islam, hətta xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər dünya birliyində yüksək qiymətləndirilir. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılıb. Roma şəhərində yerləşən Kapitolini Muzeyində "Filosoflar zalı”nın bərpası fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edilir. Bütün bunlarla yanaşı, dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanları da Mehriban Əliyevanın diqqətindən kənarda qalmır. Təbii fəlakətlərdən əziyyət çəkmiş ölkələrə yardımlar göstərilir, zəlzələ nəticəsində tamamilə dağılmış məktəblər yenidən inşa edilir, həmçinin çoxsaylı inkişaf proqramı və layihələri həyata keçirilir.

Məhz bu xidmətlərinə görə Azərbaycanın birinci xanımı müxtəlif dövlətlərin, təşkilatların ali mükafatlarına layiq görülüb. Onların sırasında Fransanın "Şərəf Legionu” ordenini, Rusiyanın "Dostluq” ordenini, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini, İtaliyanın "Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordenini, Polşanın "Xidmətlərə görə” Böyük Komandor Xaçı ordenini, Pakistanın "Hilal-e Pakistan” ali ordenini, "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi” Mükafatı, Serbiyanın "Sreten” ordenini, Macarıstanın "Xidmətlərə görə” Komandor Xaçı ordenini, UNESKO-nun "Qızıl Motsart” medalını, Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə” medalını, Krans Montana Forumunun Qızıl medalını, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medallarını göstərmək olar.

Bundan başqa, birinci xanım Avropa Olimpiya Komitələrinin Ali Ordeni, "Qızıl ürək” beynəlxalq mükafatına, Küveyt Dövlətinin Fəxri diplomuna, Beynəlxalq Xeyriyyə Təşkilatının "Yaqut xaç” mükafatına, Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatına, Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə şəhərin fəxri vətəndaşı diplomuna və döş nişanına, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən "Birlik Ulduzları” dövlətlərarası mükafata, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Ölkəmizin mədəni irsinin dünyada tanıdılması ilə barabər Azərbaycanın digər ölkələrlə dostluq, tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə də öz töhfəsini verən Birinci vitse-prezidentin həyata keçirdiyi layihələr də xüsusi diqqət çəkir.

Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bir sıra memarlıq abidələrinin - Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal Sarayını, Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarını, Müqəddəs Marçellinio və Pietro katakombalarını bərpa edib, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan Orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək göstərib.

Göründüyü kimi, Avropada islam-xristian dialoqunda böyük rol oynayan Mehriban xanım Əliyevanın təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib. Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə, ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Məhz bu amilləri nəzərə alan Prezident İlham Əliyev 4 il öncə, 2015-ci ildə Birinci vitse-prezidentin fəaliyyətini Azərbaycanın ən ali mükafatı ilə dəyərləndirb. Dövlət başçısının sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında, mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edilib.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir. Onun həm daxildə, həm də ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə istedadlı insan kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Mehriban xanım Əliyevanın isminin xüsusi olaraq vurğulanması həm də xeyriyyəçi, mərhəmətli Azərbaycan qadınına verilən böyük dəyərdir.

Rəşad BAXŞƏLİYEV.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video