15 Avqust 2019 01:05
571
İQTİSADİYYAT
A- A+

İki yeni sağlamlıq mərkəzi inşa edilir


Ölkəmizdə turizmin imkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, Azərbaycana gələn xarici turistlərin sayı ildən-ilə artır.

Sağlamlıq turizmi ilə bağlı ən çox diqqəti cəlb edən məkanlardan biri Naftalandır. Hər il minlərlə xarici turist bu məkanda mənalı istirahət etməklə yanaşı, müalicələrlə də şəfa tapır. "Çinar”, "Qaşaltı” və "Qarabağ” istirahət və sağlamlıq mərkəzlərində yaradılan şərait hər cür müalicə və istirahət üçün təminat yaradır. Yaradılan şəraitin nəticəsidir ki, son 5 ildə turistlərin sayında 10 dəfələrlə artım qeydə alınmışdır.

Rusiya Federasiyasından, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan, Ukraynadan, Latviyadan, həmçinin Almaniyadan, Türkiyədən, Kanadadan, İsraildən, Polşadan, Fransadan, İspaniyadan, İtaliyadan, Yaponiyadan, Çindən, Birləşmiş Ərəb Əmirliyindən və digər ölkələrdən minlərlə turist gəlmişdir.

Dövlət başçısının diqqət və qayğısı ilə Naftalanda böyük infrastruktur layihələri həyata keçirilmiş, insanların istirahəti və müalicəsi üçün hər cür şərait yaradılmışdır. Bu yaxınlarda isə burada daha 2 müasir sağlamlıq-istirahət mərkəzinin inşasına başlanılmışdır. Onlardan biri Nizami küçəsində inşa edilən 4 mərtəbəli, 288 yerlik "Gold Naftalan” sağlamlıq və istirahət mərkəzidir.

İkinci sağlamlıq və istirahət mərkəzi isə "Naftalan Hotel & SPA” adlanır. Burada da inşaat işləri sürətlə davam etdirilir. 10 mərtəbəli binada artıq son tamamlama işləri görülür. Hotelin inşasında 35 nəfər çalışır. Sağlamlıq mərkəzində ginekoloq, dermatoloq, UZİ, uroloq, kardioloq, analiz laboratoriyası, inqalyasiya otağı, ozon terapiya və digər şöbələr turistlərə xidmət göstərəcəkdir. Hotelin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video