14 Avqust 2019 15:44
526
CƏMİYYƏT
A- A+

Təmiz balı saxtadan ayırmağın yolları


Bal 40-dan çox növü olan, bir sıra vitamin və minerallarla zəngin, çoxlu müalicəvi xüsusiyyətlərə malik qida məhsuludur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliklərin qarşısını alır.

Lakin təəssüf ki, süni şəkildə hazırlanan ballar da var. Mütəxəssislər bildirirlər ki, süni yolla hazırlanan bal şəkərli diabet riskini iki dəfə artırır. Bala qatılan şəkər və kimyəvi qatqılar orqanizmdən tam sorula bilmədiyi üçün bəzi xəstəlikləri kəskinləşdirməklə yanaşı, yan təsirlər də göstərir.

Həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: "Saxta baldan istifadə zamanı yüksək təzyiq, sidik turşusunun artması zamanı yaranan xəstəliklər, böyrək, qaraciyər və öd kisəsi xəstəlikləri, həmçinin artıq molekulun kristalizə şəkildə bağırsağa düşməsi onun həll olunmasını ləngidir. Təmiz baldan istifadə edilməsi zamanı həzm prosesi daha yaxşı gedir”.

Ona görə də bal alarkən onun təmiz olub-olmadığını öyrənmək üçün ilkin yoxlamalar aparmaq olar. Bal şəffaf rəngdə olur və özünəməxsus qoxuya malikdir. Hər hansı bitki iyini və kənar qoxunun gəlməsi onun tərkibində əlavə qatqıların olmasından xəbər verir. Digər bir üsul isə təbii balı suya qataraq yoxlamaqdır. Bu zaman bulanıq məhsul alınmırsa, deməli, balın tərkibində əlavələr var.

Həkim-fitoterapevt bildirib: "Bal orqanizm tərəfindən, o cümlədən dəridə tez sorulan qida məhsuludur. Balı dəri üzərinə çəkəndən bir neçə dəqiqə sonra yapışqanlıq qalmır, dəri tərəfindən tam olaraq sorulur. Kağızın üzərinə bir qədər bal sürtülür və kibrit vurularaq yandırılır. Alov bal olan hissəyə çatanda sönməlidir. Əgər sönmürsə və daha da güclənirsə, deməli, onun tərkibində saxarozanın miqdarı çoxdur”.

Təbii balın tərkibi 21 faiz su, 7 faiz saxaroza, 72 faiz isə fruktoza və qlükozadan ibarət olmalıdır. Həmin rəqəmlərin fərqli olması balın keyfiyyətini şübhə altına alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video