14 Avqust 2019 15:09
466
DÜNYA
A- A+

İran zənginləşdirilmiş uran ehtiyatını artırıb


İran zənginləşdirilmiş uran ehtiyatını artırıb. AZƏRTAC xəbər verir ki, bunu İran dövlət televiziyasına müsahibəsində bu ölkənin Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kamalvəndi bildirib. Onun sözlərinə görə, İranda zənginləşdirilmiş uran ehtiyatı 370 kiloqrama çatdırılıb və bu rəqəm sürətlə artacaq. İran rəsmisi əlavə edib ki, ağır su ehtiyatını da 130 tondan yuxarıya çıxarmaq nəzərdə tutulur.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə Tehran arasında 2015-ci ildə imzalanmış sazişin şərtlərinə görə, İran ən çox 300 kiloqram zənginləşdirilmiş uran ehtiyatına malik ola bilərdi. Sənəddə bu miqdardan artıq olan uranın beynəlxalq bazarda satılması və əvəzində təbii uran əldə edilməsi nəzərdə tutulurdu. Bundan başqa, sazişdə Tehranın ağır su ehtiyatını 130 tondan yuxarı çıxarmayacağı da qeyd olunub.

ABŞ hökumətinin 2018-ci ilin mayında bu sazişdən çıxdığını bəyan etməsindən və İrana qarşı sanksiyalar tətbiqindən sonra İran özünün nüvə proqramı üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyəcəyini bəyan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video