14 Avqust 2019 11:55
886
CƏMİYYƏT
A- A+

Bakıda “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçirilib


Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş silsilə bayram tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 14-də Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında "Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçirilib.
Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə inkişafı və əldə etdiyi nailiyyətlər haqqında ictimaiyyət geniş məlumatlandırılıb, şəhər sakinlərinə, xüsusən də gənclərə və yeniyetmələrə Azərbaycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında ətraflı məlumatlar verilib.

Tədbirdə DSX-nin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçan aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunub. Tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılıb.

Tədbirdə nümayiş olunan "Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanışlıq iştirakçılarda böyük maraq doğurub. Gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunur.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin silahlanmasında yer alan "Harop” kamikadze pilotsuz uçuş aparatı da (PUA) nümayiş etdirilib.

Bildirilib ki, 2016-cı ilin aprelində Ermənistan ordusunun cəbhənin dərinliyindəki mövqelərinə və canlı qüvvələrinə "Harop” vasitəsilə zərbələr endirilib.

Burada nümayiş olunan "Kobra” maşını da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bu maşın kompleks gecəgörmə cihazı ilə də təchiz olunub. Bu kompleks məhdud görünmə şəraitində də düşmənin texnikasını məhv etmək qabiliyyətinə malikdir. Çevik bölmələrin vaxtında döyüş meydanına gətirilməsi üçün təyin olunan taktiki döyüş maşınının üzərində isə 12,7 millimetrlik pulemyot (DŞK) quraşdırılıb.

Buradakı texnikalar sırasında diqqətimizi çəkənlərdən biri də "Toyota” avtomaşınlarının üzərində quraşdırılmış uzaq məsafəli müşahidə-nəzarət sistemi oldu. Hazırda bu sistem dünyanın bir neçə güclü ordusunun istifadəsində yer alır. Kompleks yüksək perfomanslı gündüz, gecə və termal kamera, lazer məsafəölçən, GPS və rəqəmsal kompasdan ibarətdir. Sabitləşdirilmiş sistem hədəfləri avtomatik izləmə qabiliyyətinə malikdir. Kompleks düşmən mövqelərini, obyektlərini, şəxsi heyətini, zirehli texnikasını və arxa hüdudda olan hərəkətlərini 40 kilometr dərinlikdə müşahidə edir. Bütün çəkilişlər qeydə alınır.

DSX-nin "Mi-17” helikopterləri, döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçan aparatları, ən müasir silah və sursatları, sərhəd mühafizə avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, rəqs ansamblı və "NUR” vokal-instrumental qrupu geniş konsert proqramı ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video