14 Avqust 2019 11:52
557
DÜNYA
A- A+

Avropalılar Avropa İttifaqının gələcəyinə nikbinliklə baxırlar


Avropa Komissiyası müntəzəm olaraq Avrobarometr adlandırılan sorğu keçirir. Bu sorğu Aİ-yə üzv ölkələrin vətəndaşlarının əhval-ruhiyyəsində bu və ya digər proseslərə meyilləri müəyyən edir.

AZƏRTAC xəbər verir ki, sonuncu sorğunun nəticələrinə görə, avropalılar nəinki Aİ-yə nikbin münasibəti qoruyub saxlayıblar, onlar həm də göstəriciləri təkmilləşdiriblər. Sorğu bütün istiqamətlərdə - iqtisadiyyatdan tutmuş demokratiyanın vəziyyətinədək müsbət qəbuletmənin güclü artımını göstərib.

Sorğu Aİ-yə üzv olan 28 ölkədə və Avropa Parlamentinə seçkilərdən dərhal sonra 5 namizəd ölkədə keçirilib, lakin nəticələr yalnız indi açıqlanıb. Əsas nəticələr arasında miqrasiya məsələsindən sonra Aİ səviyyəsində əhəmiyyətində görə ikinci problem olan avroya və iqlim dəyişmələrinə rekord sayda dəstək olub.

Bir il bundan əvvəl keçirilən sonuncu sorğudan bəri Aİ-yə müsbət imic bəsləyən respondentlərin payı 23 üzv ölkədə artıb (45 faiz), Kiprdə (47 faiz +11 faiz bəndi), Macarıstanda (52 faiz +9), Yunanıstanda (33 faiz +8), Rumıniyada (60 faiz +8) və Portuqaliyada (60 faiz +7) daha çox özünü büruzə verib.

Sorğu göstərir ki, avropalıların əksəriyyəti Aİ-nin gələcəyinə nikbinliklə baxırlar (61 faiz +3 faiz bəndi), eyni zamanda, 34 faiz (-3) bədbin əhval-ruhiyyədədirlər. Nikbinlik daha çox İrlandiyada (85 faiz), Danimarkada (79 faiz), Litvada (76 faiz) və Polşada (74 faiz) hiss olunub.

Eyni zamanda, nikbinlik Böyük Britaniyada (47 faiz) və Fransada (50 faiz) daha az ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video