Alternative content

11:08 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş güləş yarışında 250-dək idmançı mübarizə aparıb
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş güləş yarışında 250-dək idmançı mübarizə aparıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:42 13.08.2019

Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda sərhədçi peşəsinə marağın artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində avqustun 10-11-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib. Yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 30 komandanın heyətində 250 idmançı müxtəlif çəki dərəcələrində qüvvələrini sınayıb.

Yarışın təntənəli açılış mərasimində çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə xatırladıblar. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yuksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, möhtəşəm tədbirləri təşkil etmək bacarığını, qazanılan qələbələrin isə ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi olduğu vurğulanıb.

Yarışda 15 idmançısı ilə iştirak edən "Sərhədçi” komandası 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazanaraq kuboka sahib olub. İdmançılardan Mahir Məmmədov (48 kq), Camal Qasımov (55 kq), Zeyqəm Qurbanov (65 kq), Əli Əmirov (80 kq), Xəlil Allahverdiyev (92 kq), Murad Bəhlulzadə (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Tamaşaçıların böyük marağına səbəb olan yarışların qalibləri mükafatlandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM