Suriya rejimi və Rusiya aviasiyasının zərbələri nəticəsində İdlibdəki deeskalasiya zonasında yerləşən yaşayış məntəqələri bombardman edilmişdir. Nəticədə 17 nəfər, o cümlədən 3 uşaq həlak olmuşdur. Azı 10 dinc sakinin yaralandığı bildirilir.
Aviasiya zərbələrinə İdlib əyalətinin Xan-Şeyxun, Sərakib, Kəfrənbil, Məərşurin, Mərtamatər, Hiş, Urim Əl Cuz Uraynibə, Sutuh Əd Deyr, habelə Həma əyalətinin Kəfərzita, Morik, Təl Mələh, Cubbəyn, Havicə və Sırmaniyə rayonları məruz qalmışdır.
Həlak olanların sayının artacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl regionun bombardmanı nəticəsində "Anadolu” agentliyinin şttatdankənar müxbiri və İdlibin Mülki Müdafiə İdarəsinin mətbuat xidmətinin əməkdaşı Enes Diyab həlak olmuşdur.
Hüquq müdafiəçilərinin məlumatına görə, son 3 ay ərzində deeskalasiya zonasında 606 dinc sakin, o cümlədən 111 qadın, 157 uşaq və yeniyetmə həlak olmuşdur.