Alternative content

12:10 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:54 22.07.2019

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Türkiyədə işgüzar görüşlər keçirib. İlk görüş qardaş ölkənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumla, Sənəd (Tapu) və Kadastrın baş direktoru Ahmet Zeki Adlı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişləndirmək, birgə təcrübə mübadiləsi aparmaq, yeni layihələr reallaşdırmaqdır.

Dəvət üçün təşəkkürünü bildirən komitə sədri qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son dövrlər yeni layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq əlaqələrində, daşınmaz əmlak idarəçiliyi sahəsində yüksək nailiyyətlər əldə edilir.

Vurğulanıb ki, ƏMDK-nın fəaliyyət istiqamətlərindən olan daşınmaz əmlakın qeydiyyatı sahəsində də genişmiqyaslı islahatlar aparılır. Müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə daşınmaz əmlakın qeydiyyatı prosesi elektronlaşdırılır, sadə, eyni zamanda, şəffaf və səmərəli qeydiyyat sistemi formalaşdırılır, bu sahəni tənzimləyən qanunvericilik aktlarına bir sıra mühüm dəyişikliklər olunur.

Komitə sədri ölkə başçısı tərəfindən bu il martın 29-da "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində dövlət reyestrindən çıxarışların elektron şəkildə əldə edilməsindən danışıb. Həmçinin qanunvericiliyə 2018-ci ildə edilmiş dəyişikliyə əsasən, çıxarışların 1 iş günü müddətində verilməsi imkanından bəhs edib. Görülən işlərin nəticəsidir ki, Dünya Bankının "Doing Business 2019” sorğu icmalının nəticələrinə görə, "Əmlakın qeydiyyatı” indikatoru üzrə Azərbaycan ümumi reytinq siyahısında 190 ölkə arasında 17-ci yerə layiq görülüb.

Daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində Azərbaycanda həyata keçirilən layihələr də Türkiyənin dövlət qurumları rəhbərlərinin diqqətinə çatdırılıb. Bildirilib ki, ölkə başçısının 2016-cı il 7 mart tarixli Fərmanı ilə əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri həyata keçirilir. Bununla bağlı "Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi” qurulur. Həmçinin "Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə edilməsi Sistemi” yaradılır, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla "Yer Səthinin Peyk Nəzarət Sistemi” formalaşdırılır, o cümlədən "Ünvan Reyestri İnformasiya Sistemi”nin qurulması işləri davam edir. Bundan başqa, ölkə başçısının müvafiq fərmanı ilə komitə Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması ilə bağlı işləri də həyata keçirir.

Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri M.Kurum və Sənəd (Tapu) və Kadastrın baş direktoru Ahmet Zeki Adlı görüşün əhəmiyyətindən danışıblar. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq görülən işlərin effektivliyini artıracaq, yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Həmin gün komitə sədrinin Türkiyə Özəlləşdirmə Təşkilatının prezidenti Bekir Emre Haykırla da görüşü olub. Görüşdə özəlləşmə sahəsində qarşılıqlı əməkdaşlıq nəticəsində həyata keçirilən işlər və reallaşdırılacaq tədbirlərdən danışılıb. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməyə çıxarılır. Özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracın istifadəyə verilməsi investorların işini xeyli sadələşdirib. Özəlləşməyə çıxarılan əmlaklar haqqında bütün məlumatlar "Özəlləşdirmə portalı”nda yerləşdirilir.

Özəlləşdirmə Təşkilatının prezidenti Bekir Emre Haykır da iki qardaş ölkə arasında mövcud olan iqtisadi əlaqələrdən danışıb. Bildirib ki, Azərbaycanda özəlləşmə sahəsində həyata keçirilən yeniliklər türkiyəli iş adamlarının marağına səbəb olur. Hazırda türkiyəli investorlar Azərbaycanda pambıqçılıq, yeyinti, ərzaq, kənd təsərrüfatı məhsulları sektorlarında geniş təmsil olunurlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM