22 Iyul 2019 14:37
571
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyasında mətbuat nümayəndələri ilə görüş olub

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Əli Əhmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən Əli Əhmədov bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib. O qeyd edib ki, mətbuat bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində söz, fikir, ideya azadlığının həyata keçirilməsində əhəmiyyətli rol oynayan vasitələrdən biridir. "Müasir həyatı mətbuatsız, informasiyasız təsəvvür etmək mümkün deyil. Cəmiyyət inkişaf etdikcə, müasirləşdikcə informasiyanın və informasiyanı insanlara çatdıranların rolu və əhəmiyyəti getdikcə artır”, -deyə YAP Sədrinin müavini bildirib.

Azərbaycanda çoxlu sayda KİV-in mövcud olduğunu deyən Əli Əhmədov bildirib ki, onlar cəmiyyətimizin, insanların informasiya ilə təmin olunmasında vacib rol oynayırlar. Eyni zamanda, yeni çağırışların nümunəsi olan sosial şəbəkələr də çox vacib informasiya vasitəsi funksiyasını yerinə yetirir. Beləliklə, söz və mətbuat azadlığı yeni texnologiyaların meydana gəlməsi ilə əlaqədar olaraq daha da genişlənib. Əli Əhmədov deyib ki, bu gün hər bir insan sosial şəbəkələr vasitəsilə informasiya ötürücüsü funksiyasını yerinə yetirə bilir. Bütün bunlarla yanaşı, sosial şəbəkələrdə qeyri-obyektiv, həqiqətdən uzaq olan, yalan məlumatların da yayıldığını söyləyən Baş Nazirin müavini diqqətə çatdırıb ki, bu tipli informasiyalar insanlarda narahatlıq yaradır.

Azərbaycanın dinamik inkişaf etdiyini, əhalinin rifahının daha da yüksəldilməsi üçün dövlət tərəfindən lazımi addımların atıldığını deyən Əli Əhmədov bu ilin əvvəlindən sosial sahədə aparılan islahatları xatırladıb. O qeyd edib ki, islahatlar digər sahələrdə də davam edir. Baş Nazirin müavini söyləyib ki, ölkəmiz böyük layihələr həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub.

Sonda jurnalistlərə 22 iyul - Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video