22 Iyul 2019 14:23
679
İDMAN
A- A+

Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb


Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov başda olmaqla bu ölkənin nümayəndə heyəti Azərbaycan tərəfinin dəvəti ilə XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Bakıda səfərdədir.

AZƏRTAC xəbər verir ki, iyulun 22-də Azərbaycan Gənclər və İdman Nazirliyində Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb. Sənədi Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və onun ukraynalı həmkarı İqor Jdanov imzalayıb.

Qarşılıqlı anlaşma Memorandumu çərçivəsində iki ildə bir dəfə imzalanan Əməkdaşlıq Proqramı Azərbaycan ilə Ukrayna arasında bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyəti konkretləşdirir. Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov AZƏRTAC-a müsahibəsində bildirib ki, imzalanmış Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub. İ.Jdanov deyib: "Bu gün biz Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramını imzaladıq. Biz ukraynalı idmançıların sizin idmançılarla birgə toplantılar və məşqlər keçirmək üçün Azərbaycana gəlməsinə hazırıq və əlbəttə, Azərbaycan idmançılarını Ukraynaya dəvət edirik. İdman sahəsində ölkələrimiz arasında çoxdan bəri sıx əlaqələr mövcuddur və düşünürəm ki, həmin əlaqələr bundan sonra da inkişaf edəcək”.

Ukraynalı nazir XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün dəvətə görə Azərbaycan rəhbərliyinə, habelə Gənclər və İdman naziri Azad Rəhimova təşəkkürünü bildirib. İ.Jdanov sonda deyib: "Tədbir çox gözəl təşkil edilib. Dünən biz festivalın açılışında olduq, hər şey çox gözəl idi. Düşünürəm ki, açılış bu hadisəyə layiq oldu”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video