Jurnalistlər arasında Milli Mətbuat Gününə həsr olunmuş mini futbol üzrə "I Əkinçi Kuboku” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, 12 komandanın iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. Əsas mərhələyə yüksələn 3 komanda arasında qalib dairəvi sistem üzrə məlum olub. "Internasional” iki oyunun nəticəsinə görə, üçüncü yeri tutub. "İdman Azərbaycan” yarışı ikinci pillədə başa vurub. "Bakı 2019” komandası isə turnirin qalibi olub.
Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Turnirin "ən yaxşı qapıçısı” "İdman Azərbaycan” komandasının qolkiperi Ramiz Mirzəzadə seçilib. Yarışın bombardiri isə Elnur Əşrəfoğlu ("Bakı 2019”) olub.
"II Əkinçi Kuboku” gələn ilin aprelində keçiriləcək.