Alternative content

11:23 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Limon qaraciyərin işini yaxşılaşdırır
Limon qaraciyərin işini yaxşılaşdırır
ANA SƏHİFƏ / Səhiyyə
11:14 22.07.2019

Limon və onun şirəsi qaraciyərin və digər orqanların işinə müsbət təsir göstərir. AZƏRTAC "MedikForum” saytına istinadla xəbər verir ki, ekspertlər bu qənaətə gəliblər.

Xalq təbabətində limon müxtəlif xəstəliklərdən xilas olmağın əsas çarəsi hesab edilir. Buna görə də müxtəlif dərman vasitələrinin hazırlanması zamanı immuniteti artırmaq, mədə və qaraciyər xəstəliklərini aradan qaldırmaq üçün çox vaxt limon cövhərindən istifadə edirlər.

Limonun tərkibindəki vitaminlər və minerallar orqanizmin infeksiyalara qarşı müqavimət qabiliyyətini artırmaq üçün immuniteti bərpa edir. O, toksinləri və xolesterini xaric edir, qaraciyərdə mübadilə proseslərini sürətləndirir.

Limon şirəsi qaraciyərdə mürəkkəb zülalları parçalayan fermentlər yaradır. Limon qaraciyərin sanki süzgəcdən keçirdiyi qanı durulaşdırır. Qaraciyərin işində nasazlıq yarandıqda qan laxtalanır və tromblar yaranır. Mütəxəssislər limonu ət və balıq xörəklərinə ətirli ədva kimi qatmağı, limonun mətindən və şirəsindən isə bişintilər üçün içlik kimi istifadə etməyi məsləhət görürlər.

Səhərlər limonlu çay əvəzinə bir stəkan limonlu su içməyi məsləhət görürlər. Bu, bütün orqanizmi gümrahlaşdırır, piy toxumalarının parçalanması prosesini sürətləndirir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM