20 Iyul 2019 21:56
796
İDMAN
A- A+

“Bakı-2019”-da iştirak edəcək ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində şənlik təşkil ediblər


"Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək ölkələrin nümayəndələri Atletlər Kəndində məskunlaşıblar.

AZƏRTAC xəbər verir ki, yarışda iştirak edəcək 48 ölkənin idmançıları və nümayəndə heyəti üçün bununla bağlı şənlik təşkil olunub.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Yarışda 48 ölkədən 14-18 yaşlı 3900 yeniyetmə idmançı mübarizə aparacaq.

Qeyd edək ki, "Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Bu yarışlarda ölkəmizi 122 idmançı təmsil edəcək.

Festival zamanı 12 idman arenasında 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

AZƏRTAC XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşıdır.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video