19 Iyul 2019 17:48
539
DÜNYA
A- A+

Bosniyada müharibənin daha 86 qurbanı torpağa tapşırılacaq


Bu gün 1992-1995-ci illərdə Bosniya və Herseqovinanın şimalındakı Priyedor şəhərində və onun ətrafında serblər tərəfindən xüsusi qəddarlıqla öldürülmüş daha 86 bosniyalının cəsədi torpağa tapşırılacaq. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Koricani qayalıqları yaxınlığındakı kütləvi məzarlıqda aşkar olunmuş cəsədlər identifikasiya edilmişdir.

1992-ci ilin martında keçmiş Yuqoslaviyanın Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, milliyyətcə serb olan Simo Drljaça Priyedor polisinin serb mənşəli 1775 əməkdaşına silah paylamaq əmri vermişdi. Aprelin 29-da serb qoşunları şəhəri ələ keçirmişdilər. Mayın 23-də Priyedorun ətraf rayonları hücuma məruz qalmışdır. Nəticədə 3176 mülki şəxs, o cümlədən 102 uşaq həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video