Alternative content

05:22 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
14:12 19.07.2019
"EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə iyulun 19-da qurumun nümayəndələri ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib. İclasda əsas mövzu Festivalda Azərbaycan milli komandasının bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar komandamızın bayraqdarı kimi 15 yaşlı cüdoçu Vüqar Talıbovun seçilməsinə üstünlük veriblər. Beləliklə, XV Avropa Gənclər Olimpiya Festivalının iyulun 21-də "Bakı Crystall Hall”da keçiriləcək açılış mərasimində Azərbaycanın bayrağını V.Talıbov daşıyacaq.

V.Talıbov 2003-ci il avqustun 11-də anadan olub. O, 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa Kubokunun qalibi, eləcə də Afrika Kubokunun gümüş, Asiya Kubokunun bürünc mükafatçısıdır.

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar ölkəmizə 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya Festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Qeyd edək ki, AZƏRTAC XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM