Alternative content

23:40 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İpək kimi
İpək kimi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:26 19.07.2019


Barama istehsalı son 5 ildə 2,6 min dəfə artmışdır


Ölkədə yaş barama tədarükü üzrə iyunun 30-na olan məlumata görə, kümçülərimiz "Azəripək” MMC-yə 633,26 ton yaş barama təhvil vermişlər. Onu da xatırlamaq yerinə düşər ki, 5 il əvvəl ölkədə cəmi 236 kiloqram yaş barama tədarük edilmişdi. Yəni bu günə tədarük edilən yaş baramanın çəkisi 5 il əvvəlkindən 2682 dəfə çoxdur.

Bu o deməkdir ki, baramaçılıq indi ölkənin aqrar sektorunda inkişaf tempinə görə rekord qıran ənənəvi sahələrdən biridir. Əlbəttə, heç bir uğur asan əldə edilmir. Azərbaycan baramaçılarının son 5 ildə qazandıqları nailiyyətlər müasir dünya təcrübəsinin tətbiqinin, dövlətin ciddi maliyyə dəstəyinin və kümçülərə verilən xüsusi diqqətin nəticəsidir.

Baramaçılıq dünyada xüsusi imici, bənzərsiz keyfiyyətləri ilə seçilən sahədir. Xalqımız əsrlər boyu ipək istehsal etmiş, onun şöhrətini göylərə qaldırmışdır. İpək məhsullar milli geyimlərimizin, bayramlarımızın və toylarımızın bəzəyi olmuşdur. Digər tərəfdən, ipək dünyada ən təmiz ekoloji məhsul sayılır, min hektarlarla çəkilliklərin - tut bağlarının salınması, tingçiliyin inkişafı ekoloji balansı qoruyur, yaşıllıqları artırır. Elə ona görə də ölkəmizə milyonlarla çilingin gətirilib yeni yaşıllıqların yaranmasına, təbii landşaftın qorunmasına ciddi dəstək verilir. Bunlardan əlavə, barama qurdlarının inkubasiyası, yemlənməsi və yetişməsi mərhələlərində herbisidlərin və pestisidlərin tətbiqi sıfır səviyyəsində olur. Yəni bu proses başdan-ayağa ekoloji cəhətdən tam təhlükəsizdir.

İndi dünya bazarlarına insanların səhhəti və sağlamlığı üçün ziyanlı olan yüzlərlə məhsul çıxarılır. Bir çox kənd təsərrüfatı məhsulları yetişdirilərkən tətbiq edilən pestisidlər və herbisidlər çoxsaylı ağır xəstəliklərə səbəb olur. Məhz bu baxımdan barama ən təmiz və nadir ekoloji məhsuldur. Məhz bu amillərə görə, baramaçılığın inkişafında əldə edilən uğurlarla öyünməyə dəyər.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə 5,5 min ton olmuşdur. O illər Elmi-Tədqiqat İpəkçilik İnstitutu, damazlıq stansiyaları, barama toxumu zavodları, rayon barama qurutmaxanaları, ipəkçilik idarələri, tingçilik təsərrüfatları və emal müəssisələri vahid kompleks şəklində fəaliyyət göstərirdi. İpəkçiliyin elmi əsasları işlənilir, tut ağaclarının və ipəkqurdunun seleksiyasına dair tədqiqatlar aparılır, superelit toxumlar hazırlanırdı. Təəssüf ki, belə bir sahə müstəqilliyin bərpasından sonrakı ilk illərdə tənəzzülə uğramışdı.

2016-cı ildən isə ipək istehsalının müasir infrastrukturunun yaradılmasına qərar verildi və həmin il barama istehsalı 70,7 tona, 2017-ci ildə isə 245,2 tona çatdırıldı. Prezidentin "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyası bərpa edildi, əlavə istehsal sahələri yaradıldı.

Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramına əsasən, ölkədə sözügedən sahəyə investisiyaların cəlb edilməsi, kümçülərə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması və barama toxumçuluğunun inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Nəticələr ürəkaçandır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, cari ildə ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Həmin gün kümçülər tərəfindən ümumilikdə 121,69 ton yaş barama təhvil verilib. Əgər 5 il əvvəl kim desəydi ki, kümçülər bir gündə bu qədər barama təhvil verəcəklər, heç kəs inanmazdı.

Bu il barama tədarükünə görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Şəki, Balakən, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Tərtər və Ağdam rayonları öndədir. Son məlumata görə, Zərdabda 65,32, Ağcabədidə 54,46, Zaqatalada 52,95, Füzulidə 49,54, Şəkidə 47,89, Balakəndə 44,14, Bərdədə 36,6, Qaxda 27,29, Kürdəmirdə 22,62, Ağdaşda 17,62, Tərtərdə 17,34, Ağdamda 16,38, Göyçayda 16,57, Sabirabadda 14,2, Ucarda 12,25, Tovuzda 11,45 ton yaş barama tədarük edilmişdir.

Məlumat üçün bildirək ki, hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarük olunur. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan "Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son 3 ildə Çindən ölkəmizə 3,5 milyon tut tingi (çəkil) gətirilərək əkilmişdir. Sonuncu dəfə ötən il dekabrın 4-də Çindən gətirilən 1 milyon tut tingi 36 rayona paylanmışdır.

Bu gün dünya bazarlarında ipək məhsullara tələbatın artması müşahidə olunur. İpək dünya toxuculuq sənayesi malları bazarının yalnız 0,2 faizini təşkil etsə də, ipəkçilik dünyanın 30-dan çox ölkəsində yayılmışdır. Çin, Hindistan, Özbəkistan və Braziliya ən böyük ipək istehsalçılarıdır. Dünya üzrə xam ipək istehsalının 84, ixracın 54,1 faizi Çin Xalq Respublikasının payına düşür. Hindistan ikinci yerdə olsa da, yerli əhali arasında ipək parçalardan istifadə geniş yayıldığı üçün istehsal əsasən yerli tələbatı ödəyir. İpək istehsalı ölkənin ixrac potensialını gücləndirir, istedadlı modelyerlərin, dizaynerlərin diqqətini perspektivli sahə kimi özünə cəlb edir. Bütün bunlar həm də onu deməyə əsas verir ki, baramaçılıq ən geniş ixrac imkanlarına malik olan sahələrdən biridir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM