Alternative content

04:36 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda idman bayramı
Bakıda idman bayramı
ANA SƏHİFƏ / İDMAN
00:24 19.07.2019


Avropanın idman paytaxtı Bakıda son 4 ildə keçirilən mötəbər yarışların həyəcanlı anlarının təsirindən hələ də ayrıla bilməmişik. 2015-ci il iyun ayında qitənin və bütün dünyanın diqqət mərkəzində olan, yüksək səviyyədə təşkili ilə hətta ən tələbkar mütəxəssisləri də heyrətə gətirən I Avropa Oyunları böyük bayrama çevrilib idman hərəkatında yeni dövrün ilk səhifəsi kimi tarixdə özünə layiqli imic qazanıb.

Oyunların təşkili dünyanın, demək olar, hər yerində böyük rəğbətlə qarşılanmış, iştirakçıların və tamaşaçıların qəlbində xoş hisslər oyatmışdı. Eyni fikirləri 2017-ci ildə keçirilən və islam dünyasını bir araya gətirən IV İslam Həmrəyliyi Oyunları barədə də demək olar.

İyulun 21-də Avropa növbəti dəfə Bakıda toplaşır. Paytaxtımız Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına evsahibliyi edəcək. Növbəti dəfə belə bir nüfuzlu turnirin ölkəmizə həvalə olunması Azərbaycana yüksək inamın, etibarın daha bir nümunəsidir.

Yeddi gün davam edəcək yarışa ümumilikdə 48 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti qatılacaq. 135 medal dəsti uğrunda, 12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Mərkəzində "Bakı-2019”un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalların dizaynı Bakının irs və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Onun bir tərəfində od və Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin görünüşü əks etdirilib. Medalın digər üzündə Avropa Olimpiya Komitəsinin emblemi əks olunub.

Müxtəlif ölkələrin media orqanları yarışın təşkilini və gedişini şərh edəcək, atletlərin və idman mütəxəssislərinin rəylərini öyrənəcəklər. Görülən hazırlıq işləri deməyə əsas verir ki, Bakının evsahibliyi edəcəyi Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq. Çünki idmançıların ədalətli mübarizəsi üçün hər cür şərait yaradılıb.

Xatırladaq ki, Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını, dəyərlərini və ideallarını öyrətmək, təbliğ etmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdü. 14-18 yaşlılar arasında gənc avropalı idmançıları bir araya gətirən yarış ilk dəfə 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə (cüt deyil, tək illərdə) - qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları və ya Panamerika Gənclər Oyunları kimi ənənəni Avropada davam etdirmək imkanı yaradır. Festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququ qazanır.

Onu da qeyd edək ki, Olimpiya oyunlarının bir çox ənənələri, mərasimləri və ayinləri var. Hətta onların bir qismi ilə bağlı sirlər də yalnız son məqamlarda açılır. Olimpiya məşəlinin yandırılması məhz belə ənənələrdəndir. Elə bu xüsusda Avropa Gənclərinin Yay Olimpiya Festivalının sayca 15-ci yarışının da məşəli cari ilin aprel ayında İtaliyanın paytaxtı Romada IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqust tərəfindən tikilmiş Ara Pasis muzeyində alovlandırılıb. Eyni zamanda festivalın simvolu sayılan "zeytun ağacı” Azərbaycana təqdim olunub. Tədbirdə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və digər şəxslər iştirak ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov tədbirdə qeyd etmişdi ki, 2018-ci ilin mayında Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında "Bakı-2019” Təşkilat Komitəsi yaradılıb: "Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi "Odlar diyarı” adlandırmırlar. Bu gün Oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə Oyunların məşəli qədim Romadan tarixi Bakıya - "Odlar diyarı”na gedəcək. Eyni zamanda qədim "zeytun ağacı” da Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla Avropa Gənclərinin Yay Olimpiya Festivalının dərin köklərini nümayiş etdirir”.

İrimiqyaslı idman tədbiri ölkələri və insanları dostluq şəraitində bir araya gətirir. Qarşıdan gələn növbəti görüşü - Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını təşkil edən Bakı həm də 14-18 yaşlı idmançılar arasında ünsiyyətin qurulacağı məkan olacaq. Tədbirin həm ev sahibi, həm də iştirakçıları idman mübarizəsi ilə bərabər yeni dostluq tellərinin yaranacağı günləri səbirsizliklə gözləyirlər.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM