19 Iyul 2019 00:21
698
CƏMİYYƏT
A- A+

Hər uşaq bir ümiddir


Uşaqlar cəmiyyətimizin gələcəyi, xalqımızın, dövlətimizin ən qiymətli sərvətidir. Uşaqlar sevgi, sədaqət, təmizlik, saflıq, məsumluq, dürüstlük kimi ən ülvi mənəvi dəyərləri özündə birləşdirən varlıqlardır. Bu gün uşaqların fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu da uşaq evlərini ziyarət etməyi, onlara qayğı göstərməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir.

Mənəvi Dəyərlərin Təbliği Fondu mütəmadi olaraq hər il valideyn himayəsindən məhrum olmuş uşaqların məskunlaşdığı uşaq evlərini ziyarət edərək onlara müxtəlif hədiyyələr verir, cəbhə bölgəsində 1-ci sinfə gedəcək uşaqlara məktəbli forması, çanta və dərs ləvazimatları hədiyyə edir.

Bu il "Bir uşaq - bir ümid” layihəsi çərçivəsində Bakı, Gəncə, Şəki və Lənkəranda yerləşən uşaq evləri ziyarət edilmiş, uşaqlara müxtəlif hədiyyələr verilmiş, Bakı şəhərində yerləşən uşaq evinin 1-ci sinfə hazırlaşan sakinlərinə çanta və dərs ləvazimatları çatdırılmışdır.

"Bir uşaq - bir ümid” layihəsi hazırda davam etməkdədir. Belə ki, iyulun 22-də Bakı şəhərində yerləşən 2 saylı, avqust ayında isə 3 saylı uşaq evlərinin ziyarət edilməsi, ənənəyə uyğun olaraq həmin uşaq evlərinin balaca sakinlərinə müxtəlif hədiyyələrin, 1-ci sinfə getməyə hazırlaşan uşaqlara çanta və dərs ləvazimatlarının verilməsi nəzərdə tutulur. Həmçinin yeni tədris ilinin başlanması münasibətilə "Öndəki birincilər” layihəsi çərçivəsində cəbhə bölgəsində 1-ci sinfə gedəcək 200 nəfər uşağa məktəbli forması, çanta və dərs ləvazimatlarının hədiyyə edilməsi planlaşdırılır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video