Alternative content

22:50 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yüksək məhsuldarlıq keyfiyyətli toxumdan başlanır
Yüksək məhsuldarlıq keyfiyyətli toxumdan başlanır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:19 19.07.2019


Dünyada toxumçuluq sahəsində monopoliyanın əldə edilməsi uğrunda transmilli şirkətlər arasında ciddi rəqabət gedir. Məqsəd aqrar sektorda məhsul istehsalına nəzarəti artırmaqla daha çox gəlir əldə etməkdir. Həmin şirkətlər bu yolla mövcud toxumçuluğu tədricən sıradan çıxarmaqla fermerləri istehsal etdikləri toxumları almağa məcbur etməyə səy göstərirlər.

Bunun üçün birdəfəlik toxum istehsalına üstünlük verilir. Yəni köhnə toxumlar sıradan çıxarılır və fermerlər transmilli şirkətlərin yetişdirdikləri birdəfəlik toxumlardan istifadə etməli olurlar.

Mövcud toxum potensialını qorumaq üçün bu tendensiyaya qarşı dünyanın bir çox ölkəsində müvafiq tədbirlər görülür. Eyni zamanda toxumçuluqda yeni milli sortlar yetişdirməklə xarici təhlükələrin qarşısını almağa səy göstərilir. Xüsusilə insan üçün təhlükəli olan GDO-lu toxumların ölkəyə daxil olmasına sədd çəkmək üçün müvafiq qanunlar qəbul edilir.

Ölkəmizdə belə təhlükələrdən qorunmaq üçün qanunvericilik bazası təkmilləşdirilir. "Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar ölkəyə idxal edilə bilər. Həmçinin dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumlarının yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal edilməsinə icazə verilir. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1. bəndinə əsasən Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin (GMOB) genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Qanun genetik modifikasiya olunmuş materialların gətirilməsinin qarşısını almaq üçün təkcə inzibati və pul cərimələri ilə kifayətlənmir. Bu işə ərzaq və milli təhlükəsizlik baxımından yanaşaraq qanuna əməl etməyən hüquqi və fiziki şəxslər barədə Cinayət Məcəlləsinin 166-cı (İxtiraçılıq və patent hüquqlarını pozma) və 200-cü maddələrinin (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) tələblərinə əsasən müvafiq tədbirlər görülür.

"Seleksiya nailiyyətləri haqqında” və "Toxumçuluq haqqında” qanunlara uyğun olaraq, ölkəyə geni dəyişdirilmiş orqanizmlərin toxumlarının gətirilməsi birmənalı şəkildə qadağandır. Lakin burada bəzi istisna hallar da var. Belə ki, gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına icazə verilmir. Bu toxumların gətirilməsinə yalnız Nazirlər Kabinetinin müəyyən etdiyi müstəsna hallarda və qaydada yol verilə bilər.

Kənd təsərrüfatı bitkilərindən bol məhsul istehsalının əsasını məhsuldar sortlar təşkil edir. Təkcə onu demək kifayətdir ki, yüksək potensiallı sortdan və onun keyfiyyətli toxumundan istifadə məhsuldarlığı 25-30 faiz artırmağa imkan yaradır. Ona görə də toxumçuluğun təşkili, yeni sortların yaradılması böyük əhəmiyyət kəsb edir.

Bitki sortlarının qeydiyyatı və toxumçuluq işinin səmərəli təşkili və effektivliyinin artırılması məqsədilə ölkə Prezidentinin 3 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılıb.

Dövlət Xidmətinin əsas funksiyası yeni bitki sortlarını qeydiyyata almaq və toxumçuluğa nəzarət etməkdir. Bu funksiyaların həyata keçirilməsi üçün iki istiqamətdə - yeni bitki sortlarının qeydiyyatı, həmçinin qeydiyyata alınmış sortların toxumçuluğunun təşkili və sertifikatlaşdırılması işləri aparılır. Ölkədə sortların qeydiyyata alınması üçün 10 sınaq məntəqəsi, toxumların sertifikatlaşması üçün isə avadanlıqla təmin olunmuş 12 müasir regional laboratoriya yaradılıb. Yeni yaradılan laboratoriyaların əsas vəzifəsi toxumların keyfiyyətinə nəzarəti artırmaqdır.

Yeni toxum sortlarının yaradılması uzunmüddətli prosesdir. Odur ki, bu sahədə ləngimələrə yol vermək olmaz. Təzə toxum növlərinin yaradılması seleksiya prosesi adlanır. Yeni sortlar yaradılarkən ilk növbədə valideynlər seçilir və hibridləşdirilir. Beləliklə, ardıcıl seçmələr nəticəsində yeni sortlar meydana gəlir.

Ölkəmizdə fəaliyyət göstərən elmi-tədqiqat institutlarında müxtəlif növ toxumların yetişdirilməsi istiqamətində araşdırmalar aparılır. Yeni toxum sortları müvafiq sınaqlardan keçirildikdən sonra dövlət reyestrində qeydiyyata alınaraq onların istifadəsinə icazə verilir. Qeyd etdiyimiz kimi, yeni sortların yaradılması uzunmüddətli prosesdir. Məsələn, təkcə taxılçılıqda yeni sortların yaradılmasına 12-15 il vaxt lazımdır. Buna görə də hazırda ölkəmizdə bu istiqamətdə ciddi işlər görülür. Məqsəd toxumçuluqda inhisarçılığı ələ keçirən transmilli şirkətlərdən ölkəmizin mənafeyini qorumaqdır. Bu, həmçinin ərzaq təhlükəsizliyinin təminatının əsasını təşkil edən mühüm faktorlardan biridir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM