18 Iyul 2019 16:27
1132
İDMAN
A- A+

Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb


İyulun 18-də Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev "EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək komandaların üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, N.Əliyev güləşçilərin problemləri ilə maraqlanıb və onlardan uğurlu nəticə gözlədiyini bildirib. Güləşçilərə mötəbər turnirdə uğurlar arzulayan qurumun rəhbəri festivalda iştirak edəcək heyəti açıqlayıb.

Festivalda sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzovun və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə çıxış edəcəklər. Heyətdə Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq) və Cəbrayıl Hacıyev (65 kq) yer alıblar.

Böyük məşqçi Taleh İsrafilovun və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə mübarizə aparacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıqlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq) və Xasay Həsənli (65 kq) daxil ediliblər.

Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarovun və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.

"EYOF 2019”da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədalət təmsilçisi qismində çıxış edəcəklər.

Bakıda start götürəcək Avropa Gənclər Olimpiya Festivalının güləş yarışları iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Festivalda güləşin üç növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaqlar. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar altı çəki dərəcəsi üzrə keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video