Alternative content

04:21 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsrail polisi Qüdsdə ortodoks yəhudilərlə ermənilər arasında münaqişəni yoluna qoymağa çalışır
İsrail polisi Qüdsdə ortodoks yəhudilərlə ermənilər arasında münaqişəni yoluna qoymağa çalışır
ANA SƏHİFƏ / DÜNYA
16:25 18.07.2019
İsrail erməniləri iddia edirlər ki, iyunun 8-də Qüdsdə ortodoks yəhudiləri itlərin müşayiəti ilə Erməni Ruhani Seminariyasının 20 tələbəsinə hücum ediblər. "Əzabkeş xalq”ın nümayəndələrinin rəsmi orqanlara şikayətində bildirilib ki, guya yəhudilər ermənilərin ölkədən getməsini tələb ediblər. Bundan sonra Qüdsün Köhnə şəhər rayonunun polis idarəsinə şikayət edən erməni keşişlər yəhudi gənclərin cəzalandırılmasını istəyiblər. Onlar erməni tələbələrdən birinin qolunun da sındırıldığını iddia ediblər. Amma cəmi üç yəhudi gəncin 20 erməniyə hücum etməsi iddiası o qədər də inandırıcı olmayıb.

Eyni zamanda, İsrail mətbuatında hadisələr fərqli prizmadan işıqlandırılıb. Yerli qəzetlərdə erməni Patriarxiyasının pozucu fəaliyyətindən və erməni gənclərinə kin-nifrət hissləri aşılamasından bəhs edilib. Həmçinin bildirilib ki, yəhudilərin Şabat bayramı ərəfəsində erməni dini məktəbinin 60 tələbəsi iki yəhudi gənci linç etmək istəyib və onlara bədən xəsarətləri yetirilib. Yəhudi gənclərin vəkilləri də ermənilərə qarşı əks iddia irəli sürüblər.

Hay-həşir salan ermənilərin sakitləşmədiyini görən yəhudi din xadimləri və polis nümayəndələri Qüdsdəki erməni arxiyepiskopu Nurxan Manukyana görüşüblər. Görüşdə erməni və yəhudi gənclər arasında bu cür münaqişələrin qarşısının alınması məsələsi müzakirə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM