Alternative content

04:48 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sem Braunbek: ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Sem Braunbek: ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
ANA SƏHİFƏ / SİYASƏT
14:29 18.07.2019

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı cari ilin 16-18 iyul tarixlərində Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində iyulun 16-da ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, M.Qurbanlı ölkəmiz haqqında, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycanın dövlət-din münasibətləri modeli, ölkəmizdəki dini durum barədə ətraflı məlumat verib. Komitə sədri tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin Azərbaycan dövləti tərəfindən inkişaf etdirildiyini qeyd edib. 35-i qeyri-İslam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Komitə sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan Mübariz Qurbanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayıb.

S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Həmçinin ulu öndər Heydər Əliyevlə görüşlərini xatırladaraq bu təəssüratların onun yaddaşında silinməz iz buraxdığını vurğulayıb. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının məmnunluqla qarşılandığını qeyd edib.

Daha sonra tərəflər konfrans çərçivəsində imzalanacaq bəyanatlar barədə fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycandakı dini icmaların fəaliyyəti, ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrini əks etdirən və DQİDK-nın dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlar S.Braunbekə təqdim edilib.

Qeyd edək ki, S.Braunbek 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.

Görüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM