Alternative content

11:44 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
ANA SƏHİFƏ / DÜNYA
13:19 18.07.2019

Ermənistanın İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, İcevanda ağackəsmə sexlərinin işçiləri iyulun 18-də Gürcüstan magistral yolunu bağlayıblar. Onlar burada fəaliyyətlərinin dayandırılması ilə bağlı hökumətin verdiyi qərara etiraz ediblər. Baş nazir Nikol Paşinyan bildirib ki, etirazçıların tələbləri haqsızdır və hökumətin qərarı qüvvəsində qalacaq. Bundan sonra əraziyə cəlb edilən polislərlə etirazçılar arasında toqquşmalar baş verib. İnsident nəticəsində 13 nəfər saxlanılıb, 12 polis nəfəri və 2 mülki şəxs yaralanıb. Etiraza qoşulanların ailə üzvləri iddia edirlər ki, mülki geyimdə olan polislər öz həmkarlarına daş atıblar və vəziyyəti gərginləşdiriblər. Onlar əlavə ediblər ki, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Saxlanılan şəxslərin bir neçəsinin aparıldığı yer məlum deyil, bəzi şəxslər isə evlərində həbs edilib.

Ermənistan İstintaq Komitəsi insidentlə bağlı polisə müqavimət və xuliqanlıq maddələri ilə cinayət işi qaldırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM